Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:13

İlham Əliyevlə Ceyms Cefrinin görüşündə İran mövzusu da müzakirə olunub


ABŞ Dövlət katibi müavininin Yaxın Şərq məsələləri üzrə müşaviri Ceyms Cefrinin İlham Əliyevlə oktyabrın 12-də keçirdiyi görüşü zamanı əsas müzakirə olunan məsələlərdən biri də İran mövzusu olub. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Conatan Henik «Azadlıq» radiosuna belə deyib: «Əsas məsələ İrandan bəhs etmək idi. Prezident Əliyev Vaşinqtona səfər etdikdən sonra iktirəfli danışıqları daha dərindən inkişaf etdirmək üçün fikirlər var idi. Bu səfər də həmin çərçivədə idi».


Cənab Henik həmçinin bildirir ki, görüşdə Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub.


«AzərTAc» Dövlət Agentliyinin yaydığı məlumatda isə deyilirdi ki, görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin perspektivləri və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Birləşmiş Ştatlar rəsmisi oktyabrın 13-də Azərbaycanı tərk edib.


XS
SM
MD
LG