ABŞ və NATO-nun Əfqanıstanda hərbi missiyası rəsmi şəkildə sona yetdi.
Bu münasibətlə dekabrın 8-də Kabildə rəsmi mərasim keçirilib.
Bazar ertəsi NATO-komandanlığının yerləşdiyi hərbi bazada bayraq aşağı salınıb.
Beynəlxalq qüvvələrin komandanı amerikalı general John Campbell bildirib ki, gələn il yanvarın 1-dən Əfqanıstanda yeni missiya başlanacaq.
Əfqanıstanda qalacaq 13 minlik xarici qüvvələr yerli təhlükəsialik qüvvələrinə yalnız hərbi təlim keçməklə məşğul olacaq.
2011-ci ildə Əfqanıstanda 140 min xarici qüvvə var idi.
Son Əfqanıstan müharibəsində 3 minə yaxın koalisiya əsgəri ölüb ki, onların 2 mindən çoxu ABŞ əsgəridir.