Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Yaponların şöhrətli “Kabuki” teatrı Bakıya gəlir


"Kabuki" ənənəvi yapon teatrı
"Kabuki" ənənəvi yapon teatrı

-

Dekabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Takahisa Terutoşinin rəhbərlik etdiyi “Va liqa” qrupu tamaşaçılara ənənəvi yapon teatr sənəti - kabukini nümayiş etdirəcək.

Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, bu, “Va liqa” qrupunun Azərbaycanda ilk çıxışıdır.

Qrup indiyədək 53 ölkədə kabuki, əyləncəli rəqs, teatr, yapon barabanı (vadayko), şamisen, yapon folklor musiqisi və s. janrlarda ənənəvi sənət nümunələri göstərib.

XVII əsrdə yaranan “Kabuki” ənənəvi yapon teatr sənətinin bir növüdür.

(Kabuki tamaşasından görüntü)

Mahnı, rəqs və musiqini özündə birləşdirir.

Kabukinin ifaçıları mürəkkəb qrimdən, kostyumlardan istifadə edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG