Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:40

Toğrul Nərimanbəyovun rəsm əsəri Sotheby's hərracında satıldı


"Böyük Qoç" Toğrul Nərimanbəyov
"Böyük Qoç" Toğrul Nərimanbəyov

-

Məşhur Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun "Böyük qoç" (1982) əsəri Böyük Britaniyanın Sotheby's hərrac evində 68 min 500 ingilis funtuna (80 min 700 AZN) satılıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Böyük Britaniyanın məşhur "Sotheby's" Hərrac Evində Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə kurator Suad Qarayevadır və onun bu layihənin gerçəkləşməsində mühüm rolu olub.

Xəbərdə rəsm əsərinin bu hərrac evinə hansı yolla düşməsi açıqlanmayıb.

Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakıda doğulub.

1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib.

Ötən əsrin 50-ci illərindən yaradıcılığa başlayıb.

Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə seçilib.

T. Nərimanbəyov 2013-cü il iyunun 2-də Parisdə vəfat edib və orada dəfn edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG