Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:13

Yanğın 74 yaşlı qadını beton yatağa saldı


Nəcibə Əliyeva
Nəcibə Əliyeva

-

Gözlə

No media source currently available

0:00 0:03:03 0:00
Direct-ə keçid

Qaranlıq dəhliz, nəmli beton və əskilər bükülü qırıq divan parçasından yataq. Gəncə sakini Nəcibə Əliyeva 5 aydır ki, yataqxana dəhlizində yatır. Danışır ki, zalın başındakı 1-otaqlı evi 5 ay əvvəl bütün əşyaları ilə birlikdə yanıb külə dönüb:

«EVİM YANIB»

«Evim yanıb. Mən getdim çaya, gələndə gördüm alışır. Kim nə tullamışdı bilmirəm. 5 ay olar yanıb. Qışqırdım, əlimdəki çaydandan da çay töküldü ayağıma.Əşyalarımın hamısı yandı. Mənim yaxşı evim var idi. Alman istehsalı olan mebellərim yandı. Hüququ bitirmişəm, hamısı yandı. Zavodlarda işləmişəm. Üşüyürəm. İndi bu qonşular baxır mənə. Altımda da divan qırğıdır. Yeriyə bilmirəm, yıxılmışam».

ŞƏXSİYYƏT VƏSİQƏSİ VƏ PENSİYA KARTI DA YANIB...

Heç bir ailə üzvü olmayan 74 yaşlı qadın illərdir 2 saylı yataqxanada məskunlaşıb. Təkbaşına olan qadın aldığı təqaüdü ilə birtəhər dolanırmış. Lakin evi yananda sənədləri ilə birgə təqaüd kartı da yanıb. İndi şəxsiyyət vəsiqəsi belə yoxdur ki, kartını yeniləsin.

Yanmış ev
Yanmış ev

Gündəlik çörəyini-çayını da qonşuları verir. Qonşu Səadət danışır ki, yaşlı qadının müraciətinə baxan yoxdur:

«HARA GEDİR BAXAN YOXDUR»

«Evi yanıb, hara gedir baxan yoxdur. Kimsəsiz adamdır. Betonun üstündə qalıb. Biz yemək, çörək veririk. Biz də nə vaxta kimi verək? Özümüz güclə dolanırıq. Hamımız bir otaqda qalırıq. Yerimiz yoxdur ki, onu da saxlayaq. Mənzil istismar sahələrinə gedir, amma baxan yoxdur».

QOCALAR EVİNDƏN QAÇIB...

Qonşuları deyir ki, Nəcibə Əliyevanı Mənzil İstismar Sahəsinin nümayəndələri qocalar evinə aparıblar. Lakin orda tap gətirməyib qaçıb. İndi arzu edir ki, ya birotaqlı evlə təmin olunsun, ya da yanmış otağına bir çərçivə, pəncərə salınsın, soyuqdan daldalana bilsin. Nəsibə Əliyeva qocalar evindən qaçmasını belə izah edir:

Yataqxana
Yataqxana

«TƏLƏBİM ODUR Kİ...»

«Xəstələrdir orda hamısı. Yumruqla gözümə vururlar. Qoca yoxdur orda. Pensiya kartım da yandı. Kimliyim də yanıb. Tələbim odur ki, mənə təkcə bir otaq versinlər. Burda adam yaşayar?».

Əraziyə 10 saylı Mənzil İstismar Sahəsi nəzarət edir. MİS-dən də deyirlər ki, həmin qadının evi yanandan sonra müvəqqəti olaraq qocalar evinə yerləşdirib:

«YAXINLARDA ONUN OTAĞINI TƏMİR ETMƏYİ PLANLAŞDIRIRIQ»

«Onu aparıb qocalar evinə yerləşdirdik ki, evini təmir edək. O da getdi durmadı orda. Yeməyi pulsuz, rahat yer, razılaşmadı. Onun pensiya kartını da qohumu alıb, vermir. Yenə də biz yaxın vaxtlarda onun otağını təmir etməyi planlaşdırırıq».

XS
SM
MD
LG