Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:30

Orhan Pamuk ədəbiyyat üzrə Nobel mükafatı aldı


Pamuk 1.4 milyon dollar, qızıl medal və diplom alacaq
Pamuk 1.4 milyon dollar, qızıl medal və diplom alacaq
Türk yazıçısı Orhan Pamuk ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Mükafat haqqında qərar verən İsveç Akademiyası bildirib ki, Pamuk doğma İstanbulun salnaməsini yazmağa çalışarkən «mədəniyyətlərin toqquşması və qovuşması simvollarını aşkarlayıb».

Orhan Pamukun yeddi böyük romanı var. Onun «Qar» və «İstanbul» da daxil olmaqla əsərləri 40-dan çox dilə tərcümə edilib.


54 yaşlı Pamuk Türkiyədə ən məşhur yazıçılardan biridir.


Onun tarix, ya da müasir həyatla bağlı əsərlərinin mərkəzində həmişə Türkiyə durur. Pamukun mükafat aldığı ilk əsər 1982-ci ildə yazdığı «Cevdet Bey və onun oğlu» adlı roman oldu.

İsveçrə qəzetinə müsahibəsində 90 il əvvəl Türkiyədə 1 milyon erməninin öldürüldüyünü deyən Pamukdan məhkəmə soruşanda, cavab verib ki, onun fikrincə, bu düzdür, ancaq əsas məsələ deyil: «Düzdür, ya səhv, bundan asılı olmayaraq, hər bir insan öz düşündüyünü deyə bilməzmi?»
Bu, bir ailə xronikasıdır və burada ənənəvi osmanlı ailə mühitinin daha müasir qərb həyat tərzi ilə əvəzlənməsi təsvir edilir. Onun ikinci romanı 1983-cü ildə çıxan «Elm Evi» adlı əsəri olub. Ümumilikdə isə indiyədək Pamukun yeddi kitabı nəşr edilib.


Orhan Pamuk bu cür yüksək mükafata layiq görülən ilk türkdür. Amma çox güman ki, onun mükafatlandırılması Türkiyədə ziddiyyətlə qarşılanacaq. Pamuk bu mükafatı bir ədəbiyyatçı kimi alıb. Amma o, həm də siyasətlə məşğul olur. Onun Türkiyə tarixini tədqiq etməsi bəzən ixtilaflara gətirib çıxarıb.


Ötən il Pamuk İsveç qəzetinə deyib ki, Türkiyə onun müasir tarixindəki iki ən ağrılı epizodu açıq müzakirəyə çıxartmağa icazə vermək istəmir. Bunlardan biri – birinci Dünya müharibəsi zamanı Türkiyədə ermənilərin qırğını və hazırda Türkiyənin cənub-şərqində kürd silahlı qruplaşmasıyla gedən gedən döyüşlərdir. Bundan sonra Pamuk «türkçülüyü təhqir etdiyinə görə» məhkəməyə verilib.


2005-ci ilin oktyabrında Pamuk bu hadisə barədə belə deyib: «Mən dediyim bütün sözlərimin arxasında dururam. Burada təkcə Osmanlı imperiyası zamanı ermənilərin ağrısından söhbət getmir. Bu məsələ daha da böyüyüb və Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlıdır. Türkiyədə söz azadlığı, eləcə də başqa insan hüquqları olmalıdır. Hər insan düşündüyünü deyə bilməlidir. Mən dediklərimə görə məsuliyyət daşıdığımı dərk edirəm».


Pamukun məhkəməsi bir neçə ölkədə narazılıqla qarşılanmışdı. Xüsusilə də Avropa Birliyi ölkələrində. Onlar deyirdilər ki, bu məhkəmə Ankaranın birliyə üzv olmaq səylərinə zərbə vuracaq.


Məşhur yazıçı üç il müddətinə azadlıqdan məhrum olundu. Amma bu ilin yanvar ayında İstanbul məhkəməsi elan etdi ki, bu cinayət işini dayandırır.


Son illər Pamukun yazdıqları daha açıq-aşkar siyasi xarakter alıb. Onun axırıncı «Qar» adlı romanı 2002-ci ildə çap olunub və burada Qars şəhərində islamçılar, kürdlər, dünyəvi quruluşun tərəfdarları və rəsmilər arasındakı mübahisələrdən söhbət gedir. Orhan Pamuk Türkiyənin cənub-şərqində kürd üsyançılarına qarşı hərbi repressiyaları tənqdi edən məqalələr yazıb.


Dekabrın 4-də Stokholmda keçiriləcək mükafatların təqdimetmə mərasimində Pamuk başqa Nobel laureatları kimi 1,4 milyon dollar məbləğində mükafat, qızıl medal və diplom alacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG