Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 08:39

Dolu Daşkəsəndə əkin sahələrini yararsız hala saldı


Oktyabrın 10-da aramsız yağan dolu Daşkəsənin Quşçu kəndində Şadax deyilən əraziyə ciddi ziyan vurub. Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin dediyinə görə, leysan yağış və dolu əsasən əkin sahələrini yuyub, bir neçə evi zədələyib. Sel nəticəsində kəndin yolu da dağılıb.


Şadax ərazisində məskunlaşan məcburi köçkünlər deyirlər ki, onların evlərinin zirzəmisi suyun altında qalıb və qış üçün gördükləri ərzaq tədarükü də məhv olub. Cavanşir Qocayev isə deyir ki, hazırda komissiya dəyən ziyanı müəyyənləşdirir. Ekspertlərin rəyi oktyabrın 13-də hazır olacaq.


XS
SM
MD
LG