Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:58

“ABŞ hökumətinin Dağlıq Qarabağa dair mövqeyi dəyişməyib”


Marie Harf

Dekabrın 2-də Vaşinqtonda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə sualı cavablandırıb. Sual Ermənistan səfirliyi və Konqresin Ermənistan məsələləri üzrə qrupunun dekabrın 2-də Vaşinqtonda keçirdiyi qəbulla bağlı olub:

“Bu tədbir Dağlıq Qarabağın müstəqilliyinin ildönümünə həsr olunub, parlamentin spikeri də çıxış edəcək. Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır. Dövlət Departamentinin bu tədbirlə bağlı mövqeyi necədir?”

Marie Harf suala belə cavab verib:

“ABŞ hökumətinin Dağlıq Qarabağa dair mövqeyi dəyişməyib. Konqresdə müxtəlif tədbirlər keçirilə bilər, ancaq Konqresin tədbirlərindən asılı olaraq müxtəlif mövqelər sərgiləmirik. Mövqeyimiz dəyişməyib. Münaqişənin davamlı həllinə nail olmaq üçün bütün tərəflərə kömək göstərmək əzmindəyik və uzun müddətdir eyni fikri söyləyirik”.

XS
SM
MD
LG