Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:11

Yerevanda ikinci gündür ki, Avrasiya Birliyinə qoşulmaq əleyhinə nümayiş keçirilir


Dekabrın 2-də Yerevanda onlarla müxalifət fəalı parlament binasının qarşısında ikinci gündür ki, nümayiş keçirir. Onlar deputatları Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmaq müqaviləsini rədd etməyə çağırıblar.

Parlament binasının qapısını kəsən onlarla müxalifətçi “Satqınlar!. Ar olsun!” şüarları qışqırır.

Miras partiyasından Zarui Postanjian Azadlıq Radiosuna deyib ki, müqavilə Ermənistanın suverenliyinə təsir edir və bu, dövlətə xəyanətdir.

Milli Müqəddəratını Təyin etmə partiyasının lideri Paruyr Hairikianın fikrincə,“bütün sivilizasiyalı dünya ilə müharibə edənlə tərəfdaş olmaq Ermənistan üçün heç vaxt məqbul olmaycaq.”

Dekabrın 1-dən Ermənistan parlamenti Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması müqaviləsini müzakirə edir. Sənədin təsdiqlənəcəyi şübhə doğurmur.

Bu Birliyə Ermənistandan başqa Rusiya, Qazaxıstan, Belarus daxildir. Birlik 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayır.

XS
SM
MD
LG