Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 00:30

Rusiyada seksual kölələr- Mətbuat icmalı


-

Putinin Avropaya yeni qaz kəməri layihəsindən imtina etməsi gözlənilməz hərəkətdir. Rusiyanın Avropada bahalı infrastruktur layihələri erası başa çatdı.

İraq ordusunda 50 min ölü can varmış. Zabitlər ölü canları rüşvət vermək üçün saxlayırdı.

Riusiyada seks kölələr. 20 belə kölə saxlayan bordellər ayda 600 min dollardan 2,5 milyon dollara kimi pul qazanır.

Moldova Putinə “yox” dedi, Putin nə deyəcək?

Dünya mediası bu gün nədən yazır?

Washington Post qəzeti yazır ki, Putinin Avropaya yeni qaz kəməri layihəsini ləğv etməsi gözlənilməz hərəkət oldu. Rusiya prezidenti Putin Ankara səfərində elan etdi ki, Bolqarıstana gedən Cənub Axını layihəsindən Rusiya imtina edir. Putin deyib ki, “əgər Avropa istəmirsə, onda kəmər çəkilməyəcək”. Ukraynadan yan keçən qaz kəmərinə Avropa Birliyi liderləri razılıq vermirdi, indi Putin özü bu kəmərdən imtina edir. Əvəzində dənizin dibi ilə çəkiləcək kəmər Türkiyəyə gedəcək. Qəzet hesab edir ki, bununla Rusiyanın Avropada bahalı infrastruktur layihələri erası başa çatır.

Rusiya Cənubu Axını layihəsinə 7 il sərf edib. Layihənin qiyməti 19 milyard dollar idi.

ORDUDA “ÖLÜ CANLAR”

İraq ordusunun ABŞ puluna təlim keçmiş, silahlanmış əsgərlərinin sayıkağızda 300 mindir. Onların hamısı maaş alıb. İndi İslam Dövləti yaraqlıları İraqın 3-də 1-ni tutandan sonra İraqın baş naziri etiraf edir ki,İraq ordusunda50 min “ölü canlar” olub. Times qəzeti yazır ki, parlamentdə çıxış edən baş nazir Haidar al-Abadi 50 min adamı maaş cədvəlindən silib.

Orduda ölü canlara görə 26 general işdən çıxarılıb.

Baş nazirin sözçüsü Rafiq Jaboori isə izah edir ki, hər zabitə 5 əsgər lazımdır. O, bunlardan ikisini saxlayır, qalanları evinə buraxır, əvəzində evə buraxılanınmaaşını alır və ya bu maaşı evə buraxdığı əsgərlə bölüşür. Brigada səviyyəsində hər briqada komandiri 40-dan çox əsgərievdə saxlayır və bunun pulunu özünə götürür. Yaxın Şərq Mərkəzinin direktoru Toby Dodge deyir ki, ölü canlar əslində rüşvət vermək üçün yaradılıb. O izah edir ki, zabit məkətəbinə getməyə 3 min dollar rüşvət vermək lazımdır. General rütbəsi almağa 30 min dollar verməlisən.

Bu pulu çıxarmaq üçün zabitlər ölü canlar saxlayır.

İraq ordusunun niyə belə zəif olmasını da bu korrupsiya izah edir. Orduda hər bir kəs aşağıdan-yuxarıya korrupsiyanın olduğunu gözəl bilir. “Bunun naminə viruşmağa dəyərmi?”.

ABŞ İraq ordusuna təlim keçməyə 25 milyard dollar xərcləyib. Ekspertlərin ehtimalına görə, fəal İraq ordusunun sayı 85 min nəfərdir. İndi ABŞ rəsmiləri bildirirlər ki, Amerika vergi ödəyənlərinin pulunu dağıtmağa dəyməz. Bundan sonra ən çoxu 45 min İraq əsgərinə təlim keçmək kifayətdir.

“SEKS İŞÇİS İBİR MÜŞTƏRİDƏN 150-250 DOLLAR ALIR “

Moscow Times qəzeti yazır ki, Rusiyada seksual kölələr ictimai diqqətdən kənardır. Qəzet Avstraliyada qərarlaşan Walk Free Foundation təşkilatına istinadla yazır ki, Rusiya kölə halında olanların sayı 1 milyondur. Bunlar arasında seksual kölələr xüsusi yer tutur.

Ekspertlərin fikrincə,Rusiyada uşaq evində böyüyən yetim qızların 3-də 1-i yetkinlik yaşına çatanda azı bir il seksual köləliyə düşür.

Rusiyada seksual kölə kimi işləyən qadınların əsas hissəsi Ukrayna, Moldova və Baltik ölkələrindən gəlir.

Yeni təmayül isə Rusiyada etnik diasporaların öz ölkələrindən qadınları “idxal” etməsidir. Bunlar Vyetnam, Çin, Orta Asiya və Afrika ölkələrindən olanlardır. Qəzet yazır ki,Moskvada ən populyar seksual xidmət saytında xidmət təklif edən qadınların 2300-ü rusdur,Afrikadan olan qadınlar gözlənilmədən sayca ikincidir – 236 nəfər. 3-cü yerdə 3 Asiya ölkəsindən olanlardır.

Ekspertlərin dediyinə görə, qadın alveri öz gəlirinə görə yalnız narkotik alverindən geri qalır.

Hüquq-mühafizə orqanızabiti qəzetə deyib ki, seks işçilər bir müştəridən 150-250 dollar alır. 20 belə işçisi olan bordellər ayda 600 min dollardan 2,5 milyon dollara qədər pul qazanır. Qəzet yazır ki, hər belə çevrə hər ay yuxarılara- yerli hakimiyyət orqanlarına 300 min dollar rüşvət verir. Həmin zabit onu da deyir ki,küçədə işləməyən belə çevrə reklama öz büdcəsinin 40 faizini xərcləyir. Qəzet onu da yazır ki,Rusiyada seksual köləlik qurbanlarını azad etməklə məşğulı olan heç bir dövlət orqanı yoxdur.

MOLDOVA ÖZ SÖZÜNÜ PUTİNƏ DEDİ

Moldova Putinə “yox” dedi, ancaq Putin eşidəcəkmi?- bunu Washington Post qəzeti yazır. Qəzetin fikrincə, bazar günü Putinə daha bir məğlubiyyət oldu. Ukrayna ilə Rumıniya arasında olan Moldova parlament seçkilərində Avropaya yaxınlaşmağa səs verdi. Bu o deməkdir ki, 3,5 milyonluq Moldova Avropa Birliyi ilə inteqrasiyaya gedir.

Qəzet yazır ki, indi sual odur ki, Putin bu səsvermənin nəticəsi ilə barışacaqmı? Rusiya indinin özündə Moldovanən bir hissəsini zəbt edib, buranın adı Dnestryanı respublikadır. Rusiya Moldovanın Qaqauzia regionunda da separatçılığı qızışdırır.

Bundan başqa Moskva Moldovaya qazı kəsməklə hədələyir. Qəzetin fikrincə, Moldova liderləri Putinə qarşı ayağa qalxıblar, indi eyni hərəkəti etməyə Qərb də hazır olmalıdır.

RUBLUN DÜŞMƏYİ SİYASİ PROBLEMDİR

Wall Street Journal qəzeti yazır ki, Rusiyanın düşən rublu Putinə siyasi problem yarada bilər. Putin hakimiyyətə gələndən rubl belə düşməmişdi.

Rusiya banklarının xaricə 192 milyard dollar borcları var. Bu da ÜDM-un 10 faizidir. Rubl düşdükcə bu borcun fazini ödəmək bahalı olur. Rublun düşməyi xaricə kapital axınını gücləndirir. Hazırda bu, ildə 110 milyard dollardır. Rusiya xaricdən gələn mallara daha baha qiymət ödəməli olur ki, bu da daxildə bahalaşma yaradır. Bahalaşma Putinə siyasi problemdir.

Qəzetin fikrincə, Putin iqtisadiyyatda bu geriləmələri “hərbi məcara” ilə kompensasiya etməyə çalışa bilər. Ancaq rublun düşməyi Putinin hakimiyyətinin müsbət tərəfləri haqda bir çox mifləri dağıdır. Bu məqamı Qərb və Rusiya demokratları əldən buraxmamalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG