Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 05:18

Azərbaycanda cəza çəkən daha 28 iranlı məhbus dekabrın 2-də ölkələrinə təhvil verilib.

Onlar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcək.

Bunu İranın Azərbaycandakı baş konsulu Nasir Vətən bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda daha 52 məhbusun İrana verilməsi gözlənilir.

Hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində 130 İran vətəndaşı var. İranda isə 12 Azərbaycan vətəndaşı cəza çəkir ki, onların da Azərbaycana verilməsi üçün lazımi işlər görülür.

Bu mübadilə tərəflər arasında əldə edilmiş razılaşma əsasında həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG