Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 09:23

NATO nazirləri Ukrayna, Rusiya və Əfqanıstandan danışacaq


NATO-nun baş katibi Jens Stoltenberg

NATO-nun xarici işlər nazirləri dekabrın 2-də Brüsseldə görüşür. Onlar Ukraynadakı böhranı, Moskva və Qərbin pisləşən münasibətlərini müzakirə edəcəklər.

Danışıqlardan öncə NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, «2014-cü il işğal, böhran və münaqişə ili olub» və «Rusiyanın hərəkətləri Avro-Atlantik təhlükəsizliyə zərbə vurub».

Nazirlər 2015-ci ilədək hazır olacaq aralıq çevik reaksiya qüvvəsini də müzakirə edəcək. Onlar gələn il şərq ərazilərində NATO-nun iştirakını gücləndirmək məsələsindən də danışacaqlar.

NATO nazirlərinin Ukrayna ordusunun modernləşdirilməsinə maliyyə ayrılması üçün fond yaradacaqları gözlənir.

XS
SM
MD
LG