Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:45

Yerevanda müxalifət Avrasiya İqtisadi Birliyinə qoşulmağa etiraz edir


Yerevanda onlarla müxalifət fəalı parlament binasının qarşısında nümayiş keçirərək deputatları Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmaq müqaviləsini rədd etməyə çağırıblar.

Milli Müqəddəratını Təyin etmə partiyasının lideri Paruyr Hairikian dekabrın 1-də deyib ki, “bütün sivilizasiyalı dünya ilə müharibə edənlə tərəfdaş olmaqErmənistan üçün heç vaxt məqbul olmaycaq.”

Onun sözlərinə görə, Ermənistan üçün “bu birliyə qoşulmaqdan iyrənc nəyisə təsəvvür etmək mümkün deyil”.

Dekabrın 1-də Ermənistan parlamenti Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması müqaviləsinimüzakirə edir. Sənədintəsdiqlənəcəyi şübhə doğurmur.

Bu Birliyə Ermənistandan başqa Rusiya, Qazaxıstan, Belarus daxildir. Birlik2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayır.

XS
SM
MD
LG