Rusiya və Ukrayna prezidentləri telefon danışığında ikitərəfli əlaqələri və Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər. Telefon danışığı noyabrın 26-da axşam olub.
Bu barədə məlumatı Kreml noyabrın 27-də verib.
Məlumata görə, telefon danışığı təşəbbüsü Ukrayna tərəfdən gəlib.
Sentyabrın 5-də atəşkəs əldə olunandan sonra Ukraynanın şərqində silahlı qarşıdurma davam edir.
Ukrayna və Qərb ölkələri separtaçıları dəstəkləməkdə və silahla təchiz etməkdə Rusiyanı ittiham edir.