Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:32

Prezidentin "İranda gey yoxdur" fikrini təkzib edən jurnalist laureat oldu


 Siamak Ghaderi
Siamak Ghaderi

Jurnalistləri Müdafiə Komitəsi Mətbuat Azadlığı Mükafatını 4 qalibə təqdim edib.

Noyabrın 25-də Nyu Yorkda keçirilən tədbirdə mükafatlar Rusiyanın Dojd televiziyasının baş redaktoru Mikhail Zugara, İranın İRNA agentliyinin keçmiş redaktoru və reportyoru Siamak Ghaderiyə, Myanmardan (Burmadan) Aung Zaw-ya vəCənubi Afrikadan Ferial Haffajee-yə verilib.

Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, Zugarın başçılığı ilə Dojd televiziyası Kremlin nəzarət etdiyi televiziyalara alternativ məlumat verir, müxalifət səslərinə platforma təqdim edir.

Ghaderi isə 2007-ci ildə o vaxtki İran prezidenti Ahmedinejad deyəndə ki, İranda homoseksuallar yoxdur, bir neçə belə gey iranlı ilə müsahibə etmişdi.

XS
SM
MD
LG