Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:57

Əfqanıstanda iki bomba partlaylışında 2 NATO əsgəri və 6 mülki şəxs ölüb


Əfqanıstan hakimiyyəti bildirir ki, müxtəlif bomba hücumlarında azı 8 nəfər, o cümlədən iki NATO əsgəri ölüb.

Noyabrın 24-də Gunduz vilayətində izdihamlı yerdə motosikletə qoyulmuş bombanın partlamağı ilə 6 mülki şəxs ölüb, 5 nəfər yaralanıb.

Eyni gündə Kabil yaxınlığında NATO hərbi konvoyuna yaxın yerdə velosipedə qoyulmuş bomba partlayıb və 2 NATO hərbçisi ölüb.

NATO –nun sözçüsü ölümləri təsdiqləyir. Ancaq əsgərlərin hansı ölkədən olmasını bildirmir.

XS
SM
MD
LG