Keçid linkləri

2017, 28 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 19:03

Noyabrın 23-də 80 ölkədən şiə və sünni ruhanilər İranın Qum şəhərində toplaşıb İslam Dövləti (İD) yaraqlıları ilə mübarizəni müzakirə edirlər.

Konfransın təşkilatçısı, Böyük Ayətulla Nasser Makarem Shirazi İslamın iki təriqəti arasında konsensusa çağırıb, bütün müsəlmanları ekstremizm yayan qruplara qarşı işləməyə səsləyib.

Shirazi nüfuzlu şiə ruhanisidir və İranda böyük sayda tərəfdarları var. Deyib ki, “İD qruplaşmasına hərbi hücumlar vacibdir, ancaq yetərli deyil”.

İraqın şiə xarici işlər naziri Ibrahim al-Jaafari söyləyib ki, İD yaraqlıları İslama ən böyük təhlükədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG