Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:36

Lox Ness gölünün sirrinə daha bir açar təklif olundu


Lox Ness gölü
Lox Ness gölü

-

Şotlandiyanın məhşur Lox Ness gölünün müəmmalı varlığı - Nessinin mənşəyi haqda daha bir ehtimal irəli sürülüb. Yerli ekoloji təşkilat fəallarının fikrincə, Nessi həyəcanını doğruran ən adi ağac gövdələridir. Yaxınlıqdakı boğazdan suya düşən ağaclarları suyun axını düz Lox Nessə, indiyədək qeydə alınan minlərlə müşahidlərin baş veridyi sahillərə aparır.

18 ay idi ki, qədim dinozavr formasında təsvir olunan canlını “gördüm” deyən yox idi. Lakin son həftələr onun müşahidə olunması haqda məlumatlar daxil olaraq Nessi həvəskarlarında varlığın yenidən Lox Ness gölünə qayıtdığında ümid doğurub. Lakin The Woodland Trust – meşələrin qorunması uğrunda ictimai təşkilatın məlumatı çətin ki, onların ürəyincə olsun.

Oxla Urquart boğazı, dairə ilə Nessinin müşahidə olunduğu sahillər işarə olunub
Oxla Urquart boğazı, dairə ilə Nessinin müşahidə olunduğu sahillər işarə olunub

The Woodland Trust təşkilatının nümayəndəsi iddia edir ki, Urquhart boğazına tökülən çaylar qalın meşələrdən keçir. Payızda və yazda bu çayların səviyyəsi xeyli qalxdığından tez-tez öz suları ilə Lox Ness istiqamətinə agacları gətirir.

Su səthində görünən nazik uzun formalar suya düşən ağacların budaqları ilə izah olnur – deyə təşkilatın nümayəndəsi bildirib.

Lox Ness varlığının ilk müşahidəsi 6-cı əsrə təsadüf edir. Müasir dövrün ilk Nessi görüntüləri isə 1933-cü ildə qeydə alınıb.

XS
SM
MD
LG