Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:42

KQB zabiti 500 min dollardan imtina etdi


Vyana aeroportunda Norveç agentini gözləyən KQB zabiti ilə görüşə agentin oxşarını göndərirlər ki, onu ələ alsın
Vyana aeroportunda Norveç agentini gözləyən KQB zabiti ilə görüşə agentin oxşarını göndərirlər ki, onu ələ alsın

30 il əvvəl Vyanada baş verən casus dramasının detalları Britaniya kəşfiyyatı tərəfindən açıqlanıb.

-

KQB-nin zabiti Moskvaya işləyən casusla görüşə gəlir. Lakin xəbəri yoxdur ki, casus artıq həbs olunub, görüşə isə onun oxşarı göndərilib. “Casus” gizli məlumatları KQB emissarına vermək əvəzinə ona ABŞ-da sığınacaq və yarım milyon dollar təklif edir.

1984-cü il yanvarın 20-də KQB zabiti Gennadiy Titov Vyanada vacib bir görüşə hazırlaşırdı. 10 ilə yaxındır sovet kəşfiyyatına işləyən Norveç xarici işlər nazirlyinin yüksək vəzifə sahibi Arne Treholtla görüşüb məxfi sənədlərlə dolu növbəti çantanı ondan qəbul etməli idi. Lakin bilmirdi ki, onunla görüşə gələn Arne Treholt cəmi bir neçə saat əvvəl Oslo aerportunda həbs olunub və xüsusi xidmət orqanlarına ifadə verərək hər şeyi bonuna alıb.

Osloda qərara gəlirlər ki, Treholtun oxşarını tapıb Vyanaya göndərsinlər və Moskvanın emissarını ələ alsınlar.

Sergey Titov Vyanada oxşarı görəndə canlanır, lakin “Arne Treholt” onu tanımayanda şübhələnir. Hər 2 tərəf kəşfiyyatçılara məxsus yoxlama keçirir və hər ikisi eyni vaxtda nəticə əldə edirlər. Norveçlilər izdiham arasında Titovu tanıyır, Titov isə əmin olur ki, “Arne Treholt” saxtadır – oxşayır, amma o deyil. Bu zaman Treholtun oxşarıyla birlikdə daha 2 nəfər Titova birbaşa mətləbə keçirlər:

- Cənab Titov, Sizin kim olduğunuzu çox yaxşı bilirik, Sizə 500 min dollar, ABŞ, Avstraliya, və ya Kanadada yaşamağa rahat və təhlükəsiz yer təklif edirik.

Titov əmindir ki, onu həbs edəcəklər, 3 nəfərlə bacarmaq çətin olacaq. Ona görə də vaxt udmağa çalışır, deyir ki, ancaq 1 nəfərlə söhbətə edə bilər. Razılaşırlar. 2 nəfər onları tərk edəndən sonra Titov bildirir ki, təklifə dərhal cavab verə bilməyəcək, fikirləşmək üçün 1 gün vaxt istəyir. Qarşı tərəf bir gün deyil, bir neçə saat təklif edir və həmin gün axşam hind restoranında onu gözləyəcəyini bildirir. Bununla da aralaşırlar.

Möhkəm qorxuya düşən Titov yenə də kəşfiyyatçı əlifbasına əsasən 3 taksini buraxıb 4-cüyə minərək birbaşa SSRİ səfirliyinə gəlir. Onu Moskvada qəhrəman kimi qarşılayırlar.

Titovu nahaqdan hind restoranında gözləyən norveçlilər isə başa düşürlər ki, cəhdləri boşa çıxıb.

Norveç siyasətçilərinin ələ alnmasında böyük uğurları olan Gennadiy Titov KGB-nin generalı rütbəsinə qədər yüksəlir. Arne Treholt isə 20 illik məhkəmə hökmünün 8 ilini məhbəsdə keçirəndən sonra əfv olunur, həbsxanadan çıxan kimi Moskvaya köçür.

Əslində nə Treholt, nə də Titov Qərbdə və Norveçdə yeni adlar deyil. Treholtun məhkəmə işi 80 illərdə ictimaiyyətin ən çox diqqətini çəkən mövzulardan biri idi. Sonradan onun həbsxanadan qanunsuz yolla əyazma çıxarıb kitab çap etməsi, əfv olunması və nəhayət məxfilik müddəti bitəndən sonra açıqlanan məlumatlar Trevolthu adı mediada ən çox hallanan şəxslərdən birinə çevirib.

Titov isə Norveçdə 70-ci illərdə başqa casus qalmaqalından - Gunvor Galtung Haavik işindən məlum idi və hətta persona non-granta elan edilmişdi.

Vyana görüşünün detalları isə bu günlərdə Britaniya kəşfiyattının arxivindən açıqlanan məlumatların bir hissəsidir.

Bildirilir ki, Titovu Moskvada təntənə ilə qarşılayan sovet kəşfiyyatı onun ələ alınması cəhdini Qərbə qarşı istifadə etmək imkanını da nəzərdən keçirirmiş.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG