Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 18:12

-
Belarus prezidenti Alyaksandr Lukashenka dizindən əməliyyat olunub.

Dövlət televiziyası bildirir ki, prezident bir müddət əvvəl xokkey məşqi zamanı dizindən zədə almışdı. Lukashenkanın mətbuat katibi Natalya Eysmontun sözlərinə görə, prezidentin iş qrafikinin sıxlığından əməliyyatı əvvəllər keçirmək mümkün olmayıb.

“Əməliyyatdan sonra Alyaksandr Lukashenka özünü normal hiss edir və hazırda reabilitasiya kursu keçir. Bunun üçün ona 3-4 gün gərəkdir, bu müddət ərzində o öz səlahiyyətlərini tam şəkildə icra edəcək.”- deyə mətbuat katibi bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG