Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

Naxçıvanda dindarların saxlanıldığı bildirilir


Foto: Arxiv

-

Naxçıvanda dindarların kütləvi şəkildə saxlanılaraq polisə aparıldıqları bildirilir.

Bu haqda AzadlıqRadiosuna dindarların özləri məlumat verib.

Onların dediyinə görə, bir müddət öncə başlayan həbslər son günlər daha da artıb.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən dindar deyir ki, təqib olunmalarına səbəb dini cərəyanlardan biri ilə bağlıdır:

«Hüquq-mühafizə orqanları birgə əməliyyat keçirirlər. Dindarları aparıb hələlik adı bizə məlum olmayan dini cərəyanla bağlı sorğu-sual edilirlər. Demək olar ki, bütün dindarları aparırlar. Şübhələndikləri şəxsləri buraxmırlar. Dindar var ki, 4 gündür həbsdədir. Biz də oturmuşuq evdə, gözləyirik ki, nə vaxt gəlib aparacaqlar. Biz heç bir cərəyan tanımırıq, heç nədən də xəbərimiz yoxdur. Qurunun oduna yaş da yanır».

Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyindən dindarların saxlanmaları ilə bağlı səslənən iddiaları təkzib edirlər.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG