Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 17:41

Təbrizin musiqi qrupu “Türkviziya” müsabiqəsinin finalında!


"Barış"

-

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən “Türkviziya 2014” musiqi müsabiqəsinin finalçıları müəyyənləşib.

12 finalçı arasında Azərbaycan türkləri də var. Söhbət yarışda İranı təmsil edən Təbrizin “Barış” musiqi qrupundan gedir. Bu qrup finalda iştirak etmək hüququnu “Heydərbaba” mahnısı ilə qazanıb.

“Media forum” saytının məlumatına görə, “Barış” musiqi qrupu finalda Moskva, Tatarıstan, Başqırdıstan, Krım, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Türkmənistan, Türkiyə və Özbəkistan təmsilçiləri ilə yarışacaq.

Yarımfinalda 25 türkdilli ölkə və vilayətlərin təmsilçiləri iştirak edib.

“Heydərbaba” mahnısını təbrizli bəstəkar Həsən Əbdüləzimzadə şair Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının sözləri əsasında bəstələyib. “Barış” qrupu bu mahnını rok üslubunda ifa edir. “Türkviziya 2014”ün yarımfinalında bu qrup 9-cu yeri tutub.

“Türkviziya 2014”ün finalı noyabrın 21-də olacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG