Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:19

Bakıda Avropa Olimpiya Oyunlarına hazırlıq müzakirə olunur


İki gün davam edəcək tədbirin rəsmi açılışına prezident İlham Əliyev də qatılıb.
İki gün davam edəcək tədbirin rəsmi açılışına prezident İlham Əliyev də qatılıb.

-

Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb. Toplantıya Olimpiya Komitəsinin indiki və sabiq prezidentləri, tərəfdaş Avropa ölkələrinin nümayəndələri qatılıblar.

Toplantıya Ermənistandan da nümayəndələr dəvət alıblar. Milli Olimpiya Komitəsinin əməkdaşı Murad Fərzəliyev erməni təmsilçilər üçün yer ayrıldığını, lakin onların Bakıya gəlib-gəlmədiklərindən xəbərsiz olduğunu deyir:

«İştirakçılar Avropa Olimpiya Komitəsi dəvət edib. Biz sadəcə bu tədbirə ev sahibliyi edirik. Bütün iştirakçılara olduğu kimi erməni təmsilçilər üçün yer ayrılıb və stollarının üzərinə bayraqları qoyulub».

İki gün davam edəcək tədbirin rəsmi açılışına prezident İlham Əliyev və xanımı da gəliblər.

İlham Əliyev çıxışında bildirib ki, 23 il öncə öz müstəqilliyini bərpa edən Azərbaycan Avropa Olimpiya Komitəsinin üzvü kimi Avropa təsisatlarında fəallığı ilə seçilir. O, Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına, 2016-cı ildə Dünya Şahmat Olimpiadasına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyini ölkənin böyük potensialından qaynaqlandığını vurğulayıb:

«Ölkəmizdə siyasi və demokratik islahatların aparılır, bunun da sürətli inkişafa təkan verir».

Toplantıda I Avropa Olimpiya və Tokio Yay Olimpiya Oyunlarına hazırlıq işləri müzakirə ediləcək.

XS
SM
MD
LG