Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 09:08

-

AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli həbs olunub.

Bu haqda AzadlıqRadiosuna Rafiq Daşdəmirlinin özü məlumat verib. Atasının dediyinə görə, noyabrın 18-də Sənan Daşdəmirli haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib:

«Noyabrın 17-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib həyətdən aparıblar. Oğlumun harada olduğundan və nə baş verdiyindən məlumatsızdıq deyə, məsələni ictimailəşdirmirdik. Dünən eşitdik ki, məhkəmə onun haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçib. Deyiblər ki, guya narkotik satdığı üçün həbs olunub».

Rafiq Daşdəmirli oğlunun həbsini özünün siyasi fəaliyyəti ilə əlaqələndirir:

«Onun narkotiklə heç bir bağlılığı ola bilməz. Oğlumun həbsi siyasi fəallığıma görə mənə və ailəmə qarşı təzyiqdir. Bununla məni mübarizəmdən çəkindirmək istəyirlər. Bundan əvvəl də xəbərdarlıq xarakterli təxribatlarla üzləşmişdim. Oğlumun həbsindən bir az əvvəl «facebook» profilimi ələ keçirib, adımdan dostlarıma yalan məlumatlar göndərilmişdi. Bundan başqa da xəbərdarlıq kimi qiymətləndirə biləcəyim müəyyən təxribatlarla üzləşmişdim. Yəqin, bütün bu təxribatlardan sonra da fəaliyyətimdən geri çəkilmədiyimi görüb, oğlumu həbs etməklə məni cəzalandırmağa qərar veriblər».

XS
SM
MD
LG