Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:31

«Van Gogh özünü öldürməyib, öldürülüb»


Van Gogh
Van Gogh

-

“Məşhur Holland rəssamı Vincent van Gogh intihar etməyib”.

Bunu “Vanity Fair” jurnalındakı məqaləsində tanınmış kriminalist Vincent Di Maio yazır. O məhz güllə yaraları üzrə ekspertdir.

“Van Gogh-un yarasının o dövrə aid təsviri onun özünə qəsdin nəticəsi olduğunu istisna edir” – deyə o bildirir.

1890-ci ildə Paris yaxınlığında güllə yarası alandan 1 gün sonra rəssam yatağında ölmüşdü. O, ölüm ayağında demişdi ki, taxıl zəmisində özünü güllə ilə vurub.

Bu hadisə ilə bağlı iki versiya var. Biri intihar, digəri isə bir neçə oğlanın təsadüfən onu gülləylə vurması, rəssamın onları məsuliyyətdən azad etmək üçün günahı öz üzərinə götürməsi, intihar məsələsini uydurması.

Di Maio intihar versiyasını müdafiə edənlərin “yaranın ətrafında qəhvəyi, bənövşəyi iz vardı, bu, atəşin çox yaxın məsafədən açıldığını göstərir” fikrini rədd edir. Deyir ki, “bənövşəyi izin” güllənin yaxından, yaxud uzaqdan atılması, lülənin dəriyə yaxın, yaxud uzaq olması ilə əlaqəsi yoxdur, bu, güllənin dərialtı damarı zədələməsi səbəbindən baş verən qanaxmanın nəticəsidir və yara alandan sonra bir müddət yaşayan adamlarda müşahidə edilir.

Di Maio-nun sözlərinə görə, qəhvəyi iz də, demək olar ki, bütün deşici yaralarda müşahidə edilir. Əgər Van Gogh özünü vurmuş olsaydı, “ekshumasiya zamanı yara ətrafındakı dəridə his, barıt və yanıq əlamətləri aydın nəzərə çarpardı. Amma istintaq materiallarında belə qeyd yoxdur. Bu onu göstərir ki, lülə dəridən 1-2 fut (30-60 sm - red.), güman ki 2 fut məsafədə olub”.

Kriminalist Vincent Di Maio bir sıra səs-küylü məhkəmə proseslərində rəyini bildirib. O cümlədən iki il əvvəl Floridada qaradərili gənc Trayvon Martin-in ölümünə görə məhkəməyə çəkilən, amma özünümüdafiə məqsədilə atəş açması bildirilərək bəraət alan George Zimmerman-ın işi ilə bağlı.

XS
SM
MD
LG