Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:46

Parkomatların aylıq gəliri 1 milyon 800 min manatdır


Parkomat
Parkomat

-

PARKİNQ AVTOMATLARININ «ƏL YANDIRAN» QİYMƏTLƏRİ

«Yeni Müsavat»: Ötən ilin aprelindən, Bakıda tıxacların qarşısını almaq və avtomobillərin pərakəndə şəkildə park edilməsini önləmək məqsədilə parkinq avtomatları quraşdırıldı. Bu aparatlar quraşdırılarkən bir saatlıq park etmənin qiymətinin 30 qəpik olacağı deyilsə də, qısa müddət ərzində qiymət qaldırıldı. Hazırda bir saatlıq parkinqin qiyməti 1 manatdır. Şəhərdə eyni yerdə 4 saatdan artıq avtomobil saxlamaq isə qadağandır. Sürücülər bu avtomatlar quraşdırılandan sonra parkinq qiymətlərinin bahalaşmasından narazıdırlar.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, parkinq avtomatları Bakı Şəhər İcra Hakimiyyətinin birbaşa nəzarətində olduğu üçün yığılan pullar da bu qurumun büdcəsinə daxil olur: «Bakı Şəhər İcra Hakimiyyəti onu ASC və ya MMC kimi qeydiyyatdan keçirməlidir. Ancaq bununla bağlı da hər hansı məlumat yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti bu yığılan pullardan vergi də ödəməli və yığımların həcmi ilə bağlı məlumat da verməlidir. Ancaq təəssüf ki, bu haqda dəqiq bir məlumat almaq mümkün deyil».

PARKOMATLARIN AYLIQ GƏLİRİ 1 MİLYON 800 MİN MANATDIR

Parkomata baxan hər bir işçi ayda 300 manat maaş alır. Birinci ayda isə onun xüsusi geyiminə 500 manat xərclənir. Bakıda 300-dən çox parkomat quraşdırılıb, Beləliklə də onların aylıq gəliri 1 milyon 800 min manat təşkil edir

«Эхо» qəzeti isə yazır ki, Bakıda quraşdırılan hər bir parkomat günə 200 manat qazanc gətirir. İqtisadçı Nəriman Ağayevin sözlərinə görə, uyğun olaraq aya bir parkomatın gəliri 6 min manat təşkil edir. Parkomata baxan hər bir işçi ayda 300 manat maaş alır. Birinci ayda isə onun xüsusi geyiminə 500 manat xərclənir. Bakıda 300-dən çox parkomat quraşdırılıb, Beləliklə də onların aylıq gəliri 1 milyon 800 min manat təşkil edir.

«BİRGƏ QRUPA XÜSUSİ MÜRACİƏTLƏRƏ ELƏ DƏ EHTİYAC YOXDUR»

Ötən ay İnsan Hüquqları üzrə Birgə Qrup yaradılıb. Qrup problemli məhbusların məsələləri ilə məşğul olduğunu bildirir. Noyabrın 19-da «Media forum» saytına danışan qrup üzvü Sahib Məmmədov bildirib ki, Birgə Qrupa xüsusi müraciətlərə elə də ehtiyac yoxdur: «Hüquq və azadlıq məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələri Birgə Qrupun üzvüdür.

Sahib Məmmədov
Sahib Məmmədov

Hər şeydən məlumatlıyıq. Bu səbəbdən bizim əlavə müraciətlərə o qədər də ehtiyacımız yoxdur. Amma bəzi məhkumların və təqsirləndirilən şəxslərin özləri, valideynləri və dostları bizə müraciət edir. Hətta Birgə Qrupun yaradılmasına etiraz edənlərin də bir qismi bizə üz tutur. Birgə Qrup mütəmadi olaraq işləyir. İclaslararası dövrdə katibliyə məlumatlar daxil olduqca ona uyğun müvafiq arayışlar hazırlanır. İndiyədək keçirdiyimiz iki iclas ərzində xeyli məsələ müzakirə olunub. Noyabrın 12-də keçirilən iclasda hüquq müdafiəçiləri Eldar Zeynalov, Səidə QocamanlıNovella Cəfəroğlu xəstə məhkumlar və təqsirləndirilən şəxslərlə bağlı xüsusi arayış təqdim elədilər. Onların təqdim elədiyi arayış müzakirə olunacaq».

QHT RƏHBƏRLƏRİ KORRUPSİYA İTTİHAMINA CAVAB VERDİ

«Azadlıq» qəzeti: Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov «Azərbaycan» qəzetinə müsahibəsində vurğulayıb ki, vətəndaş cəmiyyəti iştirakçılarının, xüsusilə qeyri-hökumət təşkilatlarının fəaliyyəti tam şəffaf deyil və burada da korrupsiya, çirkli pulların yuyulması hallarına rast gəlinir. F. Ələsgərov bundan sonra vurğulayıb ki, Azərbaycan dövləti xaricdən gələn qrantların dayandırılması müqabilində özü QHT-ləri maliyyələşdirə bilər.

​«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, QHT sektoruna qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. İndiyədək QHT-lərin normal fəaliyyət göstərdiyinə və Vergilər Nazirliyindən heç bir irad almadığına diqqəti yönəldən M. Əliyev vurğuladı ki, nəyə görə indiyədək İ. Əliyevin korrupsioner məmurlar barəsindəki hədələri nəzərə alınmayıb. Həmin məmurlar cəzalandırılmayıb: «Burada belə bir sual yaranır əgər dövlətin QHT-ləri maliyyələşdirmək imkanları varsa, nəyə görə dövlətin ayırdığı vəsaitlər xarici dövlətin ayırdığı vəsaitlərdən bir neçə dəfə az olub. O da etiraf olunub ki, dövlətin maliyyələşdirdiyi layihələr media tərəfindən işıqlandırılmır. Azay Quliyev özü dəfələrlə bu açıqlama ilə çıxış edib».

YÜZ MİNLƏRLƏ AZƏRBAYCANLI RUSİYADAN GERİ DÖNÜR

«Bizim Yol» qəzeti Qərbin ağır sanksiyaları ilə üzləşən Rusiyada azərbaycanlıların biznesinin zəiflədiyini yazır.

«Rusiyada çalışan həmyerlimiz İsmayıl Əsgərov Bizimyol.info-ya bildirib ki, bu ölkəyə tətbiq olunan sanksiyalar ticarəti iflic duruma salıb.

Həmsöhbətimizin verdiyi məlumata görə, Rusiya hökuməti Qərb ölkələrindən mal idxalına qadağa qoymaqla sanksiyaların təsirini daha da artırmış olub. Bu qadağa ilk növbədə ölkədə ərzaq mallarının, meyvə tərəvəzin qiymətini bahalaşdırıb. Digər tərəfdən rublun dəyərdən düşməsi ticarətdə nağd hesablaşmaya gətirib çıxarıb: «Əvvəllər topdansatış mərkəzləri, emal müəssisələri pərakəndə satış mərkəzlərinə nisyə mal paylayırdı. Onlar da satıb borclarını qaytarır, özləri də qazanırdı, bütün bazarlarda ticarət bu prinsiplə qurulmuşdu. Amma indi heç kim nisyə mal vermir, çünki pulun dəyəri hər gün ölür. Xüsusən dollarla ticarətdən hamı imtina edib. Beş dollara aldığın malın dəyərini ödəmək üçün gün keçdikcə daha artıq məhsulu rubla satmalısan. Beləliklə, bütün ticarət çöküb, dövriyyədə pul yoxdur, hamı başını birtəhər dolandırıb vəziyyətin düzələcəyini gözləyir. Amma ümidlər hər gün azalır».

İ. Əsgərov azərbaycanlıların yanvar ayından başlayaraq ölkəyə qayıdacaqlarına əmin olduğunu deyir: «Qazanc yoxdursa, kimin nə işi var burada, hamı yükünü yığıb geri dönəcək. İndi hələ də ümid edənlər var ki, vəziyyət düzələcək, ona görə canlarını dişinə tutub dözürlər. Hələ ki, Azərbaycandan mal gətirənlər az da olsa qazana bilirlər. Rubl öldükcə onların qazancı da yoxa çıxacaq. Bundan sonrası Allahın ümidinə qalıb...»

XS
SM
MD
LG