Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:57

Ali məktəblərin qarşısında vərəqələr paylanıb


Oktyabrın 10-da Bakıda bir neçə ali məktəbdə yayılan vərəqələrdə mətbuata təzyiqlərə etiraz fikirləri qeyd olunur. «Dalğa» Gənclər Hərəkatının keçirdiyi bu aksiya Tibb, İqtisad, Bakı Dövlət, Slavyan və Xarici Dillər universitetlərini əhatə edib.


Vərəqələrin üzərində «Sən azadsan!», «Öz sözünü deyə bilirsənmi?», «Mətbuat azaddırmı?» şüarları yazılıb, arxa hissəsində isə söz azadlığı və insan haqlarının təmin olunması haqqında Konstitusiyadan çıxarışlar edilib.


Aksiyanın keçirilməsinə hər hansı müdaxilə olmayıb.


«Dalğa» Gənclər Hərəkatının sədri Ülvi Həsənli bildirir ki, etirazın bu formalarından gələcəkdə də istifadə edəcəklər.
XS
SM
MD
LG