Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 08:40

Keçmiş XTPD-çilərin əfvi xahiş olunur


Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi və bir qrup valideyn prezident İlham Əliyevdən həbsdə olan 12 XTPD-çinin azadlığa buraxılmasını xahiş edir. Oktyabrın 10-da ölkə başçısına göndərdikləri müraciət barədə məlumat verən komitənin keçmiş sədri Famil Süleymanov bildirir ki, hazırda həbsdə olan XTPD-çilərdən 4 nəfəri ömürlük azadlıqdan məhrum edilib. Valideynlərin sözlərinə görəsə, artıq 11 ildir həbsdə olan övladları müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.


1995-ci ilin martında dövlət çevrilişinə cəhddə ittiham edilən XTPD güc tətbiq edilərək ləğv olunmuş və 400 nəfərə yaxın adam həbs olunmuşdu. Son 10 ildə XTPD-çilərin əksəriyyəti əfv fərmanları ilə azadlığa çıxıblar. Hazırda 12 nəfər XTPD-çi həbsdə, daha 5 nəfər isə axtarışdadır.


XS
SM
MD
LG