Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 21:14

Kobanidə kürdlərin irəliləməsi xəbərləri gəlir


Suriya, Kobani

Suriyanın Kobani şəhərində kürd döyüşçülərin irəliləməsi, İslam Dövləti (İD) yaraqlılarını altı binadan çıxarması barədə məlumatlar gəlir. Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirir ki, noyabrın 18-də kürdlər “çoxsaylı silah və sursat ələ keçirib” Hücumda 13 İD yaraqlısının öldürüldüyü bildirilir.

Bu hücumdan öncə ABŞ koalisiyası Kobanidəki İD mövqelərinə dörd hava zərbəsi endirib.

İD-nin Kobaninin 50 faizindən çoxunu tutduğu deyilir. Bu ekstremist qrup Suriya və İraqda böyük ərazilər ələ keçiriblər.

XS
SM
MD
LG