Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 16:00

“Tamaşaya BAX, kitab QAZAN”


Arxiv foto

-

Dekabrın 1-dən yanvarın 15-dək Dövlət Gənc Tamaşaçılar Teatrında “Tamaşaya BAX, kitab QAZAN” adlı aksiya həyata keçiriləcək.

Gənc Tamaşaçılar Teatrı və Hədəf Nəşriyyatının birgə layihəsi olan aksiyada teatrdan bilet alan hər bir tamaşaçı Hədəf nəşrlərindən kitab hədiyyə qazanacaq.

Aksiyada Dövlət Gənc Tamaşaçılar Teatrı və Hədəf Nəşrləri öz məhsullarına (bilet və kitab) 30-50% endirim edəcəklər. Beləcə tamaşaçı kitab qiymətinə həm də tamaşa və yaxud tamaşa qiymətinə, həm də kitab əldə edəcək.

GTT tamaşaçıların və oxucuların nəzərinə çatdırır ki, aksiyadan yararlanmaq üçün kitabevim.az mağazasından hədiyyə kuponu və kitab almaq mütləqdir.

Aksiya 45 gün davam edəcək.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG