Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 05:42

«Azərbaycan lazım bilsə, meyitlərin götürülməsinə icazə verəcək»


Erməni helikopteri

-

“Helikopter Azərbaycan ərazisində vurulub və meyitlər bu tərəfdə qalıb. Hələki meyitlərin götürülməsi mümkün olmayıb. Ermənilər Anjey Kaspşikə yalvarırlar. Lakin onun elə bir səlahiyyəti yoxdur. Azərbaycan lazım bilsə, meyitlərin götürülməsinə icazə verəcək”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov belə deyib. APA-nın məlumatına görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir” mövzusunda keçirilən tədbirdə çıxış edən Firudin Sadıqov azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətindən danışıb:

“Bir adam analiz eləmir ki, axı bunlar nə etmişdilər? Onlardan biri də Həsən idi ki, onu öldürüblər və meyitini uzun müddət saxladılar. Bütün beynəlxalq təşkilatlar təəccüblənirdilər ki, ermənilər niyə belə edirlər? Ölən şəxsin şəxsiyyət vəsiqəsi, hansı məktəbdə oxuması, harada işləməsi barədə məlumatlar tələb edirdilər. Ermənilər Şahbazla Dilqəmin 17 yaşlı uşağı öldürdüklərini iddia edirlər. Guya həmin uşağın meyitini sonra uzaq bir məsafəyə aparıblar. Axı dağlıq bir ərazidə, texnika olmayan bir yerdə meyiti necə daşımaq olar?”

Firudin Sadıqov bildirib ki, Dilqəm Əsgər və Şahbaz Quliyev ermənilərin dediyi kimi diversant olsaydılar onlar hansısa hərbi hissənin şəklini çəkərdilər, nəsə dəlil olardı:

“Casus vətənini satan adama deyərlər. Onlara casus demək düzgün deyil”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG