Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:57

Sarkisianın Bakıya xəbərdarlığı: "Bitdi, daha flaşmob olmayacaq"


Serzh Sarkisian Dağlıq Qarabağda keçirilən hərbi təlimlərə qatılıb
Serzh Sarkisian Dağlıq Qarabağda keçirilən hərbi təlimlərə qatılıb

- Bu həftə Dağliq Qarabağa səfər edən Ermənistan prezidenti Serzh Sarkisian Azərbaycanı yeni münaqişə ilə hədələyib. O, noyabrın 14-də işğal altındakı Dağlıq Qarabağda keçirilən hərbi təlimlərə qatılıb. Prezident təlimlərdə iştirak edən hərbiçilərin önündə çıxış edib:

“Əlbətdə ki, başqa ölkələrdə də sizi izləyirlər. Xüsusilə sizi düşmən adlandıranlar, heç bir alçaq hərəkətlərdən çəkinməyənlər, yatmış adamı balta ilə öldürməyə, çətin vəziyyətdə ilişib qalmış helikopteri belə vumağa hazır olanlar izləyir sizləri. Əlbətdə, bu onların işidir. Siz də öz işinizi yaxşı görürsünüz.Hər şey bizim yadımızdadır və qisas günü gələcək. Sizə verilən tapşırıqları bilirsiniz. Öz işinizi layiqincə yerinə yetirin.”

“90-cı illərdə Azərbaycan bizim gücümüzü layiqincə qiymətləndirə bilmədiyindən müharibəni başlatdı. Və Allah göstərməsin, onlar bir də müharibəyə başlamaq qərarına gəlsələr bizim günah dərəcəmiz onların özlərini qiymətləndirə bilməməkləri qədər olacaq.”

Prezidentin sözlərinə görə hərbi təlimlərdə iştirak edən hərbiçilərin peşəkarlığı “Azərbaycanda yaşayan sadəlövh insanların müharibə haqqında fikirlərini dəyişməyə məcbur edir.”

“Onlar fikriləşirdilər ki, Qarabağa və Ermənistana qarşı müharibə qısa müddətli və əyləncəli bir işdir. Sanki flaşmobdur– toplaşdılar, nələrsə etdilər, şəkil çəkib dağılışdılar. Bitdi, daha flaşmob olmayacaq, əyləncə və istirahət olmayacaq. Və mən əminəm ki, müharibə də olmayacaq. Çünki sizlər varsınız, sizlər çox güclüsüz, çünki sizlər burda dayanmısız.”

AZƏRBAYCANIN QƏLƏBƏSİNİ ŞƏRTLƏNDİRƏN KİFAYƏT QƏDƏR MÜHÜM AMİLLƏR VAR

İlham Əliyev Şəmkir hərbi qərargahın açılışda.2014-cü il
İlham Əliyev Şəmkir hərbi qərargahın açılışda.2014-cü il

Noyabrın 15-də isə prezident İlham Əliyev Sarkisiana cavab veribş O Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa olunmuş qərargah binasının açılışında çıxış edib. Azərtac xəbər verir ki, İlham Əliyev " bu günlərdə Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttini pozması ilə bağlı təxribatını pisləyib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirib. İlham Əliyev güclü döyüş qabiliyyətinə malik olan Silahlı Qüvvələrin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu bildirib və vəziyyətlə bağlı müvafiq göstərişlərini verib."

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG