Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 20:38

«Sehrli xalat» 50 ildən sonra peyda oldu


"Sehrli Xalat" filmi
"Sehrli Xalat" filmi

-

Noyabrın 12-də Nizami Kino Mərkəzində “Sehrli xalat” əfsanəvi uşaq filminin 50 illiyinə həsr olunmuş gecə keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondu tərəfindən təşkil edilib.

Tədbirin aparıcıları Bakının Nizami rayonunun Uşaq Yaradıcılıq Mərkəzində çalışan uşaqlar olublar.

Gecədə kinorejissor Ayaz Salayev, filmdə çəkilmiş xalq artisti Yusif Şeyxov (Eldar), Solmaz Hətəmova (Zərifə) və Lamara Siqalova, bəstəkar Arif Məlikov çəkiliş prosesi haqqında xatirələrini bölüşüblər.

Filmin rejissoru Azərbaycan uşaq kinosunun inkişafında böyük rolu olan Əlisəttar Atakişiyevin xatirəsi yad olunub.

“Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” kimi sevimli uşaq filmlərinin yaradıcısı olan rejissor Ə.Atakişiyev həm də uşaq filmlərində elmi fantastik janrın banilərindən sayılır.

1964-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş filmin xarici dillərə tərcümə olunduğu və dünyanın bir çoxölkələrində uşaqlar tərəfindən sevildiyi bildirilib.

Tədbirin iştirakçıları Azərbaycanın filmdə rol alan Əliağa Ağayevin, Möhsün Sənaninin, Anatoli Falkoviçin, Ağahüseyn Cavadovun, İsmayıl Osmanlının, Hüseynağa Sadıqovun, Lütfi Məmmədbəyovun və filmin çəkilişlərində iştirak etmiş başqa sənətkarların xatirəsini yad ediblər.

Kinofilmin təkrarsız koloritinin yaradılmasında rəssamlar Məmmədağa Hüseynovun və Cəbrayıl Əzimovun xüsusi rolu qeyd edilib.

Onların yaratdıqları kosmos mənzərəsinin “Sehrli xalat” filmi ekranlara çıxdıqdan dörd il sonra - 1969-cu ildə Aya uçmuş Amerika astronavtlarının fotomateriallarına bənzədiyi vurğulanıb.

Səhnədə quraşdırılmış böyük ekranda “Sehrli xalat” filmindən kadrlar, ekran əsəri yaradıcılarının fotoşəkilləri, müxtəlif nəsillərin nümayəndələri olan tamaşaçılarla müsahibələr bir-birini əvəz edib.

Mərasimin iştirakçıları bu fikrə gəliblər ki, əsl sənət əsərləri dəbdən düşmür. Xatırladaq ki, filmin yubileyində iştirak etmək üçün baş rolun ifaçısı Azər Qurbanovun (Rəşid rolunda) da Bakıya gələcəyi xəbər verilmişdi.

Amma ABŞ-da yaşayan Azər Qurbanov nə səbəbdənsə yubileyı qatılmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG