Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:04

Hassan Rohani: «Heç bir kənar qüvvə əlaqələrimizə ixtilaf salmasın»


İran prezidenti Hassan Rohani noyabrın 12-də Bakıya səfər edib
İran prezidenti Hassan Rohani noyabrın 12-də Bakıya səfər edib

-

Noyabrın 12-də Azərbaycanla İran arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Hassan Rohani mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev deyib ki, Rohani-nin səfərinin çox böyük əhəmiyyəti olduğunu vurğulayıb.

“Bu il biz Sizinlə dördüncü dəfədir ki, görüşürük. Bu, özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, İran–Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir.”

HƏMİŞƏ BİR-BİRİMİZİN YANINDAYIQ

Biz üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik və bütün məsələlərdə bir-birimizin yanındayıq. Ölkələrimiz üçün ən vacib və həssas məsələlərdə də biz qarşılıqlı dəstək göstəririk. BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də İranın dəstəyini həmişə hiss etdiyini bildirib.

“İqtisadi sahədə gözəl imkanlar var. Hökumətlərarası birgə komissiya fəal işləyir və gözəl nəticələr vardır. Biz bu gün energetika sahəsində əməkdaşlığı müzakirə etdik. Neft-qaz, elektrik enerjisi, qaz mübadiləsi sahələrində çox böyük imkanlar var. Artıq bir neçə layihə icra edilib. Yeni layihələrin icra edilməsi də gözlənilir. Eyni zamanda, biz bu gün nəqliyyatla bağlı məsələləri geniş müzakirə etdik. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması hər iki tərəfin marağındadır. Biz bu önəmli layihənin həyata keçirilməsində fəal iştirak edirik, öz səylərimizi qoyuruq”.

ŞİMAL-CƏNUB NƏQLİYYAT DƏHLİZİ

“Şimal-Cənub nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmlidir. Ümumiyyətlə, demək istəyirəm ki, bizim siyasi, iqtisadi əlaqələrimiz, konkret layihələrin icrası, eyni zamanda, bölgədə sabitliyin möhkəmlənməsinə xidmət göstərəcək və göstərir. Əfsuslar olsun ki, bizim regionda vəziyyət kifayət qədər gərgindir. Qanlı toqquşmalar, müharibələr baş verir, sabitlik pozulur. İran-Azərbaycan dostluğu, tərəfdaşlığı burada bir sabitləşdirici amildir. Biz sabitləşdirici addımlarla bölgədə sülhü qoruyuruq, müdafiə edirik. Əminəm ki, bizim birgə səylərimiz nəticəsində gələcəkdə bölgədə sabitlik bərpa ediləcək. Çünki sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz, o ölkəyə xarici sərmayə yatırılmaz, ümumiyyətlə, iqtisadi inkişafdan söhbət gedə bilməz”.

“Sabah keçiriləcək biznes forum isə iş adamlarını bir yerə yığacaq. Buna da çox böyük ehtiyac var. Çünki iş adamları görürlər ki, harada siyasi əlaqələr yüksək səviyyədədir, onlar o ölkələrlə daha da sıx əməkdaşlıq edirlər."

BİR BƏDƏNDƏ RUH

Prezident Hassan Rohani Azərbaycan və İran xalqlarını “bir bədəndə bir ruh” adlandırıb.

“Bu insanların yaşayışının əsas mühüm hissələrindən biri mədəniyyətdirsə, deyə bilərik ki, bu iki ölkə, bu iki xalq birdir, həm məzhəbi, həm dini birdir, müştərək tarixə, keçmiş tarixə malikdirlər və bir-birinin mədəniyyətinə bələddirlər.. Həm yaşayış tərzimizdə, həm davranışımızda olan bu müştərəklik əlaqələrimizin, iki millətin əlaqələrinin inkişaf etdirilməsinə imkan yaradır və bundan istifadə etməliyik. Heç şübhəsiz ki, ölkələrimizin və xalqlarımızın əlaqələrinin yaxınlaşması heç bir üçüncü ölkənin əleyhinə deyil. Ölkələrin inkişafı bir-birinin iqtisadi inkişafına öz töhfəsini vermiş olar.

ARAZ ÇAYI BİRLİYİMİZİ MÖHKƏMLƏNDİRSİN

“Araz çayı gərək bizim birliyimizi daha da möhkəmləndirsin. Biz o Arazı qəbul edirik ki, iki dövləti, iki xalqı bir-birinə birləşdirir. Biz o Arazı qəbul edirik ki, bu, hər iki ölkənin inkişafının çiçəklənməsinə töhfə vermiş olur.

Biz çalışmalıyıq ki, biznesmenlərimiz, iş adamlarımız bir-birinə daha yaxın olsunlar və bir-birinin imkanlarından, hər iki ölkənin imkanlarından istifadə edib faydalansınlar. Biz enerji, ticarət, sənaye sahələrində, həm bəndlərin, həm elektrik stansiyalarının tikilməsində və buraya yeni texnologiyaların gətirilməsində, elm və tədqiqat mərkəzlərində bir-birimizlə əlaqə yaratmalı və bir-birimizin inkişafına töhfəmizi verməliyik.

Azərbaycan Respublikası, o cümlədən İran elə bir coğrafi mövqedə yerləşir ki, onlar bir-biri üçün keçid-körpü ola bilər və biz Oman dənizindən, Hind okeanından tutmuş Asiyadan Avropaya qədər körpülərimizi birləşdirə bilərik. Biz Azərbaycan və Qafqaz vasitəsilə Avropa ilə birləşə bilərik. Azərbaycan da İran vasitəsilə cənub dənizləri ilə, okeanlarla birləşmiş olar. Biz gərək bir-birimizə kömək etməklə Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yolunun tikintisinə və birləşməsinə nail olaq. Bu dəhliz vasitəsilə Qara dənizə və Avropaya, Rusiyaya çıxaq, onların dəmir yolu sisteminə birləşək.

ASANLIQLA SƏFƏR ETSİNLƏR

Ölkələrimiz gözəl Xəzər dənizinin sahilində yerləşir. Bu dənizdən istifadədə hər iki ölkə yaxşı addımlar atmışdır. Həm balıqçılıqda, həm ekologiya sahəsində, həm də dənizin mənbələrindən istifadədə əməkdaşlıq edə bilərik.

Turizm sahəsində də geniş əməkdaşlıq imkanlarımız var. Biz istəyirik ki, İran vətəndaşları Azərbaycana, Azərbaycan vətəndaşları isə İrana çox asanlıqla, rahatlıqla səfər etsinlər. Hər iki ölkənin potensialından istifadə etməliyik və bununla əlaqədar razılaşmalar əldə olunmalıdır. Sərhəd məsələlərində də əməkdaşlığı daha da genişləndirməliyik. Narkotiklərə, qaçaqmalçılığa qarşı mübarizədə əlaqələri möhkəmləndirməliyik.

QARABAĞ MƏSƏLƏSİ SİYASİ YOLLA HƏLL OLUNNMALIDIR

Qarabağın bugünkü vəziyyətini bəyənmirik. Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun. Bütün ölkələr arasında dostluğun, təhlükəsizliyin, sabitliyin, ədalətin bərqərar olması üçün əlimizdən gələni etməyə, öz tərəfimizdən lazımi addımı atmağa hazırıq. Bunu beynəlxalq təşkilatlar çərçivəsində, hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq. Bilirik ki, Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır. Bu, müharibə yolu ilə həll olunası məsələ deyil. Ona görə də bu istiqamətdə bütün köməyimizi göstərməyi öz vəzifəmiz hesab edirik və bunu etməyə hazırıq.

KƏNAR QÜVVƏLƏR ƏLAQƏLƏRİMİZƏ İXTİLAF SALMASIN

İki prezident təkbətək görüşdə bir-birimizə bildirdik ki, heç bir kənar qüvvələrin bizim əlaqələrimizə ixtilaf salmasına və heç bir qruplaşmanın, heç bir partiyanın, heç bir ittifaqın əlaqələrimizin inkişafına xələl gətirməsinə imkan verməyək. Bizim yolumuz dostluq, qardaşlıq, birlikdir. Azərbaycanı bütün beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və digər təşkilatlarda həmişə müdafiə etmişik, dəstəkləmişik. Azərbaycan da uranın sülh məqsədləri üçün zənginləşdirilməsində, nüvə məsələsində İrana dəstək verib.

İran ilə Azərbaycan dost ölkələrdir və dost ölkələr olaraq qalacaqlar. Bu ölkələrin, bu xalqların inkişafı üçün çalışmışıq və çalışacağıq.

BAKIDA PREZİDENTLƏRİN İŞTİRAKI İLƏ AZƏRBAYCAN-İRAN BİZNES FORUMU KEÇİRİLİB

Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani biznes forumda iştirak edib, nitq söyləyiblər.

Sonra biznes forum Azərbaycan və İran iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG