Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:17

Türkiyədən İslam Dövləti yaraqlılarına qoşulanlar -Mətbuat icmalı


-

Çin regionda ABŞ-dan liderliyi ələ alır və Azad Ticarət Ərazisi təklif edir. Çinin buna nəhəng ehtiyat pulu da var.

Türkiyədən İslam Dövləti yaraqlılarına 1000 nəfər qoşulub. Onlar arasında vəkillər, tələbələr, tacirlər var.

Pakistanda mədrəsədə cihad öyrədirlər. Tələbə deyir ki, hamımızın məqdsədimiz eynidir – korrupsiyasız və ədalətli cəmiyyət qurmaq. Belə cəmiyyətin yeganə yolunu Şəriətdə görənlər.

Dünya mediası bu gün nədən yazır?

Wall Street Journal qəzeti yazır ki, Çin rəhbəri Xi Jinping liderliyi ABŞ-dan alır və özünün “Marshal planını” elan edir. Den Xiaping vaxtilə deyirdi ki, Çin beynəlxalq aləmdə liderlikdən uzaq durmalıdır. Çinin o vaxtları artıq keçmişdə qalır.

Xi Jinpingin təklif etdiyi Azad Ticarət Ərazisi planı ABŞ-ın dəstəklədiyi Trans-Sakit Okean Tərəfdaşlığından genişdir.

Çin 40 milyard dollarlıq İpək Yolu Fondu yaradır. Bu fond limanlar, avtomobil yolları, dəmiryolları tikilməsinə sərf olunacaq. Bəziləri Xi Jinpingin bu planına “Marshal planı” adını verib. Vaxtilə ABŞ Almaniyanı Marshal planı ilə dirçəltdi.

Çinin maliyyə imkanı böyükdür. Çinin 4 trilyon dollarlıq ehtiyatı var. Ancaq bu ehtiyatın çoxu ABŞ-ın aşağı faizli istiqrazlarında, hökumət bondlarındadır. Çinin ehtiyatını daha sərfəli şəkildə istifadə etmək istəyir.

Azad Ticarət ƏrazisiÇin mallarına tələbatı yüksəltməlidir. Bundan başqa Çin pulu yuan beynəlxalq pula çevriləcək.

Qəzet Çinin ABŞ-la rəqabətə girməsi haqda yazır ki, Çin faktiki olaraq Asiya ölkələrinə seçməyi təklif edir: ABŞ-ln dəstəklədiyi Trans-Sakit Okean Tərəfdaşlığı yoxsa Azad Ticarət Ərazisi.

Ancaq qəzet Çinin avtoritar idarəçiliyinə işarə edərək yazır ki,bütün iqtisadi müsbət tərəflərinə baxmayaraq Asiya ölkələrinin avtoritar hökumətlərə etibar etməməsinə səbəbləri var.

TÜRKİYƏDƏN İSLAM DÖVLƏTİ YARAQLARINA QOŞULANLAR

Foreign Affairs məcmuəsi “Radikal türklər” məqaləsində yazır ki, İslam dövləti təşkilatına könüllülərin əsas hissəsi Əlcəzair,Mərakeş, Səudiyyə Ərtəbistanı, Tunis və Türkiydən gəlir. Bu siyahıda Türkiyənin adının olması çaşdırır. Çünki indiyədək heç vaxt türklər Əl-Qaida və s. bu kimi cihadçı qruplara qoşulmurdular.

Radikalizm Türkiyənin müasir müsəlman demokratiyası imici ilə də düz gəlmir.

Foreign Affairs yazır ki,Türkiyənin radikallaşması son illər islamçı AK partiyanın rəhbərliyi altında Türkiyədə vətəndaş cəmiyyətində və dövlət qurumlarında dəyişikliyin nəticəsidir.

Son hesabata görə, İD yaraqlılarına 1000 Türkiyə vətəndaşı qoşulub. Onlardan 68 nəfəri haqda bütün məlumat var. Bu 68 şəxs haqqında tam məlumatları araşdıran Foreign Affairs yazır ki, İD-yə qoşulan türk vətəndaşlarının böyük hissəsinin evli olması qəribədir.

68 nəfərdən 31-i evlidir, uşağı var, 37-si subaydır.

İD-yə qoşulan Türkiyə vətəndaşları arasında vəkillər, tacirlər, tələbələr, hökumət və dövlət qurumlarının işçiləri var.

Onların təhsil səviyyəsinin orta göstəricisi Türkiyə üzrə orta təhsil göstəricisindən yuxarıdır.

Türkiyədən İD-yə qoişulanların orta yaşı 27-dir. Bu, Türkiyənin özündəki və Suriyadakı kürd millətçiləri arasında vuruşan könüllülərin yaşından xeyli yuxarıdır.

Bəs Türkiyədən İD-yə qoşulan vətəndaşların milli mənsubiyyətinədir? Bunlar arasında kürdlər əksəriyyət təşkil edir.

Türkiyədən İD-yə qoişulan könüllülərin 33 faizinin Bosniya, Çeçenistan, Əfqanıstan və İraq müharibələrindən təcrübəsi var. O da maraqlıdır ki, onlardan 17 nəfəri islamçı fəaliyyətə görə vaxtilə həbsxanad yatıb, ancaqonlardan heç biri heç vaxt siyasi fəaliyyətlə məşğul olmayıb.

PAKİSTANDA CİHAD ÖYRƏDİLƏN MƏKTƏBLƏR

Osama Bin Ladenin qəhrəman olduğunu deyən məktəblər var. BBC-nin müxbiri Pakistanda belə bir məktəbdə olub.Sərt xət tərəddarı olan molla Bin Ladenin ideyalarını hər gün təxminən 5 min uşağa danışır.

Pakistan hökumət Talibanla mübarizə aparır, ancaq talibançıların gələcək nəslini yetişdirən məktəbləri bağlamaq planı yoxdur. İslamabadda Qırmızı Məscidin imamı Abdul Aziz Gazi deyir ki, “Biz Talibanın bəzi fikirlərini bölüşürük, ancaq biz hərbi təlim keçmirik, biz beyinlərlə işləyirik.”

Onlar beyinlərlə necə işləyir?

Gazi deyir: “Biz cihadın prinsiplərini öyrədirik. Tələbələrin öz işidir, təhsildən sonra hərbi təlim keçsinlər yoxsa yox. Biz onları buna sövq etmirik”.

Gazi bu ideyaları 8 mədrəsədə tədris edir.

Gazi deyir: “Osama Bin laden bizim qəhrəmandır. O, Amerika əleyhinə ayağa qalxdı və qalib gəldi. O bizim məktəbə ruh verir”. Mədrəsələrdən birinin kitabxanası Bin Laden adınadır.

Gazinin dərs dediyi mədrəsələrdə 3 min oğlan və 2 min qız oxuyur.

Pakistanda Gaziyə “Burka molla” deyirlər. Burka bütün üzü örtənqadın baş örtüyüdür. 2007-ci ildə Pakistan ordusu radikal məscidə reyd edəndə burda həlak olan 100 adam arasında Gazinin onun anası, qardaşı və oğlu da var idi. Gazinin özü isə başına burka örtüb, məsciddən çıxa bildi.

Bəs Gazinin dəsr dediyi məktəblərdə oxuyanlar nə deyir? İmam məktəbini gələn il bitirən 24 yaşlı Abdulla deyir: “Taliban Əfqanıstanı yaxşı idarə edirdi. Onlar ədalətli cəmiyyət qurmuşdu.”

Dağ-qalaq etmə cəzası, qızların qismən təhsil alması haqda Bin Ladenin baxışlarını danışanAbdula deyir ki, “bizim hamımızın eyni məqsədimiz var- korrupsiya olmayan cəmiyyət qurmaq. Biz hər bir kəsə ədalət istəyirik.Bunun yeganə yolu Şəriət qanunlarından və İslam Dövlətindən keçir”.

Abdula məktəbi bitirən 18 imamdan biri olacaq və onların hamısı Pakistanın müxtəlif yerlərinə dərs deməyə gedəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG