Manatın möhkəmlənməsinin qarşısını almaq üçün Azərbaycan hökuməti və Milli Bank lazım olan bütün tədbirləri görür. Maliyyə naziri Samir Şərifov jurnalistlərlə görüşündə belə deyib. Bu ilin 8 ayı ərzində Milli Bank bu məqsədlə valyuta bazarına 418 milyon dollarlıq müdaxilə edib. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu ilin 8 ayı ərzində Azərbaycan manatı 4,1 faiz bahalaşıb, ötən ilin eyni dövründə isə bu bahalanma 5 faiz həddindəydi.