Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:46

Nərəkimilərin ovlanmasına və kürü ixracına qoyulan qadağa qüvvədə qalıb


Azərbaycana 2006-cı il üçün nərəkimilərin ovlanmasına və kürü ixracına qoyulan qadağa qüvvəsində qalıb. Nəsli kəsilməkdə olan canlıların qorunması üzrə konvensiyanın katibliyinin - CITES-in Daimi Komitəsi 2006-cı ildə Xəzər dənizindən qara kürü ixracının qadağan edilməsinə dair qərarı qüvvədə saxlayıb. Qurumun Cenevrədə keçirilən 54-cü iclasında ABŞ-ın tələbi ilə Xəzər dənizindən qara kürü ixracına qadağa qoyulmasına dair qərar 2006-cı il üçün qüvvədə saxlanıb, İranın yerli növ kimi «fars nərəsi»nin kürüsünün ixracına isə icazə qüvvədə qalıb. Azərbaycan, Rusiya və Qazaxıstan nümayəndələri «fars nərəsi»nin bütün Xəzərə aid olduğuna dair məlumatlar təqdim etsə də, bu il üçün bunlar nəzərə alınmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, noyabrın sonuna kimi Xəzəryanı dövlətlər lazımi sənədləri təqdim edəndən sonra, 2007-ci il üçün nərəkimilər və kürü ixracı kvotasına baxılacaq.


XS
SM
MD
LG