Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Obama və Putin İran, Suriya və Ukraynanı müzakirə ediblər


ABŞ və Rusiya prezidentləri Pekində noyabrın 11-də Asiya – Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində 3 dəfə görüşüblər və İran, Suriya və Ukraynanı müzakirə ediblər.

Bunu Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Meehan deyib. Onun sözlərinə görə, Obama və Putin ümumilikdə təxminən 15-20 dəqiqə danışıblar.

Ancaq Meehan detallar barədə heç nə bildirməyib.

Noyabrın 10-da ABŞ Rusiyanı Ukraynadaseparatçılara tanklar və ağır silahlar verməkdə ittiham etmişdi.

XS
SM
MD
LG