Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:46

Məzahir Pənahov seçkilərin qeyri-şəffaf keçməsi ilə bağlı səslənən fikirlərlə razılaşmır


Oktyabrın 9-u təkrar bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətlərin daxil olmasının sonuncu günü idi. Komissiyanın sədri Məzahir Pənahov bildirdi ki, bu vaxta qədər 14 məsələ ilə bağlı 19 şikayət daxil olub. Cənab Pənahovun sözlərinə görə, şikayətlər düzgün ünvanlanmayıb: «Qanuna görə, şikayətlərə əvvəlcə dairə seçki komissiyaları baxıb qərar çıxardıqdan sonra MSK onu müzakirə etməlidir». MSK sədri bildirir ki, bütün şikayətlərin hamısı öz təsdiqini tapsa belə, bu seçkinin nəticələrinə təsir göstərməyəcək. Məzahir Pənahov seçkilərin qeyri-şəffaf keçməsi ilə bağlı səslənən fikirlərlə də razılaşmır. O, deyir ki, Avropa Şurası müşahidəçiləri konkret hansı dairələrdə pozuntuların olması ilə bağlı MSK-ya sənəd təqdim etməyiblər. Cənab Pənahov onu diqqətə çatdırıb ki, AŞ müşahidəçiləri ilə görüşmək istəsə də onlar görüş olmadan gediblər.


AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin bələdiyyə seçkilərini izləmiş Müşahidə Missiyasının oktyabrın 7-də verdiyi bəyanatda bildirilir ki, təkrar bələdiyyə seçkilərində təşkilində Avropa standartlarına uyğun ümumi texniki irəliləyişlər olsa da, təəssüf ki, ciddi qanun pozuntuları da müşahidə olunub.


MSK elan edir ki, oktyabrın 6-da keçirilmiş bələdiyyə seçkilərinin İlkin nəticələr artıq məlumdur.


XS
SM
MD
LG