Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:21

Perekeşkül tez-tez zülmətə qərq olur


Arxiv fotosu
Arxiv fotosu

-

“Biz günaşırı zülmətdə qalırıq. Yay, qış – fərq eləmir”.

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Perekeşkül yaşayış massivindən “Qaynar xətt”ə şikayət var. Sakinlər zülmətdə yaşamaqdan bezdiklərini deyirlər.

YEKƏ-YEKƏ LAYİHƏLƏRƏ İMZA ATSAQ DA...

Namiq Allhaverdiyev:

“Qışqabağı bir az havalar soyuyan kimi işıqla bağlı problemlərimiz daha da artır. İlin, günün bu vaxtında neft işığında oturmuşuq. Salyarka lampası işlədirik. Ev-eşik, tavan – tamamilə qapqaradır. Biz neft, qaz ölkəsiyik axı... Dövlətliyik axı... Deyilənə görə yekə-yekə layihələrə imza atırıq. Bəs niyə elektrik enerjisinə həsrətik?”

"HƏR İŞİMİZ ŞAM İŞIĞINDADIR"

Yaşayış massivinin başqa sakini Ümidə Həsənova deyir, işqı xətti var, sayğac da var, elektrik enerjisi isə... O da hərdən olur:

"Şam işığında otururuq. Uşaqlar dərslərini şam işığında hazırlayır, şamı qoyuram sobanın kənarına, yeməyi də onun işığında bişirirəm. Hamamda da şam işığında çimirik”.

Abşeron rayon işıq idarəsi isə Perekeşkül elektrik enerjisinin verilişinin tez-tez dayandırılmasını yeni elektrik şitlərinin quraşdırılması ilə izah edir. Ancaq yaşayış massivinin sakinlərini də bir sual düşündürür: Görəsən bu elektrik şitini ildə neçə dəfə dəyişirlər? Bax, bu sualın cavabı rayon işıq idarəsində də yoxdur.

XS
SM
MD
LG