Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:22

1956-cı ildə Qız Qalasına üçrəngli bayraq sancanlar- [Audio]


Çingiz Abdullayev və Cahid Hilaloğlu
Çingiz Abdullayev və Cahid Hilaloğlu

-

1918-ci il noyabrın 9-da Azərbaycan Cümhuriyyəti üç­rə­ng­li Döv­lət Bay­rağı haq­qın­da qə­rar qə­bul etdi. Həmin il dekabrın 7-də Döv­lət Bay­rağı Par­la­ment bi­na­sı üzə­rin­də dalğalanmağa başladı.

Milli Şura sədri Məhəm­məd Əmin Rə­sul­za­də «bu üçrə­ng­li bay­raq da­im ba­şı­mız üzə­rin­də da­lğ­a­la­nacaq!» – dedi.

«YAŞIL DONLU, MAVİ GÖZLÜ, ALYANAQLI SEVDİYİM»

Ona şeirlər qoşdular.

Ona «Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim» (C. Cabbarlı) - dedilər.

2Sən... mələklərin gülüşündən yarandın» (Əhməd Cavad) –söylədilər.

Amma bu bayraq ömrügödək oldu...

Cəmi ilyarım sonra bolşevik istilası üçrəngli, ay-ulduzlu bayrağı qan rənginə boyadı.

ONU YADDAŞLARDAN SİLMƏK İSTƏDİLƏR...

Aradan uzun illər keçdi.

Bu bayrağı tanımayan nəsillər yetişdi.

Sovet hökuməti onu unutdurmaq üçün dəridən-qabıqdan çıxdı.

Sürgünlər, ölüm-itimlər bitmək bilmədi.

Milli yaddaşın məhvi üçün minbir oyuna əl atıldı, amma...

«BİR DƏFƏ YÜKSƏLƏN BAYRAQ...»

Amma... ürəklərdəki bayraq sevgisini yox etmək mümkün olmadı!!!

Vətəndən uzaqlarda mühacirlərin soyuq yuvalarında saxlanan bu bayraq Vətənin özündə yaddaşlarda qorundu, onillikləri aşıb Məhəmməd Əmin bəyin müdrik deyimini doğruladı: «Bir dəfə yüksələn bayraq bir daha enməz!»..

Sovetlərin çöküşündən sonra üçrəngli bayraq yenə üzə çıxarıldı və yenə parlament binası üzərindəki yerini tutdu.

1956-CI İLİN İNANILMAZ OLAYI...

Amma bu köklü qayıdışdan 35 il öncə paytaxt Bakıda – Qız Qalasının üzərində bir bayraq əfsanəsi də yaşanmışdı...

AzadlıqRadiosunun «İz» proqramı Bayraq Günündə bir daha 1956-cı ilin 28 Mayında Qız Qalasının üzərində Azərbaycan bayrağı dalğalandıran gənclərin izinə düşür.

Sizi «Bir bayraq əfsanəsi – Cahidlə Çingiz» dastanını dinləməyə dəvət edirik.

İz - «Bir bayraq əfsanəsi» – Cahidlə Çingiz…
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG