Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:31

İran Azərbaycana birgə avtomobil istehsalı təklif edir


Tehranda avtomobil zavodu
Tehranda avtomobil zavodu

-

Azərbaycan və İran birgə avtomobil istehsal edə bilərlər.

Avtomobil istehsalı zavodu Bakıda və ya Təbrizdə ola bilər.

Bunu Trend-ə Bakıda səfərdə olan İran parlamentinin Mədənlər və sənaye komissiyasının üzvü Ali Alilu bildirib.

O deyib ki, müştərək avtomobil istehsalı üçün hər iki ölkədə mühəndislər, texniki avadanlıqlar və təcrübəli şəxslər var.

Ə.Əlilu qeyd edib ki, İrandan Azərbaycana hazırda müxtəlif markalı avtomobillər ixrac olunur: «Bu sahədə iki ölkə arasında əməkdaşlıq var, lakin qənaətbəxş səviyyədə deyil».

İran KİV-lərinin məlumatına görə, İran ötən il Azərbaycana 1481 minik avtomobili ixrac edib. İxrac olunan avtomobillərin ümumi dəyəri 10 milyon dollar təşkil edib.

XS
SM
MD
LG