Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:04

Obama İraqa daha 1500 əsgər göndərir


-

Prezident Barack Obama İraqa əlavə olaraq 1500 əsgər göndərilməsi barədə əmri imzalayıb.

Beləliklə, İraqda İslam Dövlətinə qarşı vuruşan İraq hökumət qoşunlarını təlimləndirmək üçün bu ölkədə olan Amerika hərbçilərinin sayı iki dəfə artmış olacaq.

İndiyədək İraqda Birləşmiş Ştatların 1400 hərbçisi qulluq edirdi.

12 briqadaya təlim keçiləcək

Pentaqon bildirib ki, İraq hökumət qoşunlarının 9, kürd peşmərgə qüvvələrinin isə 3 briqadasının təlimləndirilıməsi üçün ölkə boyunca bir neçə məntəqədə düşərgələr yaradılacaq.

ABŞ hərbçiləri həmçinin İraq ordusunun əməliyyat mərkəzlərinə “məşvərət və yardım” göstərəcəklər.

Belə mərkəzlər artıq Bağdadda və Ərbildə yaradılıb.

Mətbuat yazır ki, İD yaraqlılarının İraq boyunca böyük ərazilər zəbt etməsindən narahatlıq keçirən Barack Obama 2011-ci ildə ABŞ qoşunları bu İraqdan çıxarılandan bəri ilk dəfə olaraq bu ölkəyə “qeyri-döyüş” əsgəri birləşmələrinin göndərilməsi qərarına gəlib.

“Qeyri-döyüş” əsgərləri ön cəbhədə

Bir ABŞ hərbi rəsmisi Reuters agentliyinə bildirib ki, hərbi müşavirlərin tezliklə göndəriləcəkləri yerlərdən biri də Qərbi Anbar əyalətidir.

Suriya ilə həmsərhəd olan bu bölgədə İD döyüşçüləri hazırda hücum əməliyyatlarını davam etdirirlər.

Xəbər verilir ki, İraq ordusunun 7, 8, 9, 10 və 12-ci diviziyaları böyük itkilər verir.

Diplomatik və tibbi mənbələr iyun ayından bəri Anbarda 6000 İraq əsgərinin öldürüldüyünü və 12 min əsgərin fərari düşdüyünü bildiriblər.

Ağ Evdə görüş

Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, əlavə qoşunların göndərilməsi barədə elan prezident Barack Obama-nın Ağ Evdə Konqres üzvləri ilə görüşdüyü günə təsadüf edib.

Prezident konqresmenlərə İraq və Suriyada İD-ə qarşı mübarizənin təfərrüatları barədə məlumat verib.

Obama administrasityası bildirib ki, onun məqsədi İD döyüşçülərini “zəiflətmək və son nəticədə darmadağın” etməkdir.

Cihadçılar sünniləri də qətliam ediblər

Ötən avqustda ABŞ-ın rəhbərliyi altında hava reydləri başlanandan bəri beynəlxalq koalisiyanın təyyarəkləri İraqda 400, Suriya sərhədi boyunca isə 300 raket zərbəsi endiriblər.

Hava zərbələri İD-in yüzlərlə hərbi texnikasını, bir neçə bazasını məhv edib, lakin cihadçıların hücum əməliyyatları dayanmayıb.

İraqdan alınan son xəbərlərdə deyilir ki, qərbi Anbar əyalətində İD yaraqlıları cihadçılara müqavimət göstərən bir sünni tayfasının 322 üzvünü qətlə yetiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG