Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:51

Oliqarx Timchenko deyir ki, ona qarşı ittiham Putinə hücum cəhdidir


Putinin yaxın adamı olan oliqarx Gennady Timchenko deyib ki, ABŞ-da ona qarşı pulyuma istintaqı Vaşinqtonun Putinə hücum cəhdidir.

“Rossiya 24” televiziyasına müsahibəsində Timchenko bildirib ki, o heç nəyi yanlış etməyib.

Wall Street Journal qəzeti noyabrın 5-də yazmışdı ki, Timchenkonun Gunvor şirkəti vasitəsilə Rusiyadan ABŞ-a pul köçürməsi əməliyyatlarının istintaqı başlanıb.

Gunvor şirkətinin həmtəsisçilərindən biri Timchenko olub. Ancaq o Gunvordakı 44 faizlik payını mart ayında satıb.

ABŞ müstəntiqləri Gunvorun Rosneftdən neft almasını araşdırırlar.

XS
SM
MD
LG