Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 10:53

Ermənistanda hökumət qadınların etirazları qarşısında geri çəkildi


Ermənistanda qadınların etirazlarından sonra analıq məzuniyyətinə görə imtiyazları azaltmaq planından hökumət geri çəkildi.

İndiki qanunla özəl və ya dövlət qurumunda işləyən qadın analıq məzuniyyətinə çıxanda aylıq maaşının hamısını alır. Hökumət bunu 20 faizdən 60 faizə kimi ixtisar etmək istəyirdi. Bu ixtisarın miqdarı həmin qadın işçinin hansı müddət işləməsindən asılı olmalı idi.

Hökumət burdan qənaət olunan vəsaiti işsiz analara vermək istəyirdi.

Ancaq yeni planın əleyhinə keçən ay nümayişlər başlandı.

Noyabrın 4-də parlamentdə müzakirə zamanı Əmək və Sosial işlər naziri Asatrian dedi ki, maaşı ayda 1 milyon dramı, yni 2500 dolları keçməyənlərə bu yeni planlar təsir etməyəcək.

Nazir deyib ki, Ermənistanda ayda 2500 dollardan çox maaş alan cəmi 400 qadın var.

Günün bütün mövzuları

XS
SM
MD
LG