Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:40

Əli Həsənov Thorbjørn Jagland-a cavab verdi


Əli Həsənov
Əli Həsənov

-

Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində Avropa Şurasının Baş katibi Thorbjørn Jagland-ın «The Guardian» qəzetində dərc olunmuş məqaləsinə münasibət bildirib. Həmin məqalədə Azərbaycanda insan hüquqlarının vəziyyəti, məhkəmə sistemi tənqid olunub. Eyni zamanda son əfv fərmanı, məhbusların məsələləri ilə bağlı İşçi Qrupun yaradılması və digər addımların bu problemlərin həll olunacağına müəyyən ümidlər yaratdığı vurğulanıb.

AZƏRBAYCAN GERİ QALMIR

Əli Həsənov deyib ki, Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib və bunu heç kim inkar edə bilməz:

«İstər demokratik cəmiyyət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, istərsə də məhkəmə-hüquq sistemində demokratik islahatların həyata keçirilməsi baxımından Azərbaycan Avropa Şurasına üzv dövlətlərin heç birindən geri qalmır. Beynəlxalq standartlara uyğunlaşdırılmış Azərbaycan qanunvericiliyi vətəndaş cəmiyyətinin davamlı inkişafına, söz və məlumat, sərbəst toplaşmaq azadlığına, insan hüquqlarının səmərəli müdafiəsinə tam təminat verir. Bildiyiniz kimi, Azərbaycanda üçpilləli məhkəmə sistemi mövcuddur, ölkəmiz Avropa Şurasının üzvü kimi İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasına daxildir. Dünya təcrübəsinə nəzər salsaq, aydın görə bilərik ki, indiki zamanda bu, insan hüquqlarının müdafiəsini təmin edən ən mükəmməl mexanizmdir».

ANTİ-AZƏRBAYCAN QÜVVƏLƏRİN TƏSİRİ

Əli Həsənov bildirir ki, Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında aktiv fəaliyyəti, təşəbbüskarlığı, prinsipial mövqeyi ilə seçilir, qarşısında duran bütün vəzifələri, öhdəlikləri yerinə yetirir. Belə ki, Azərbaycan Avropa Şurasını «haqq səsi»ni dünya ictimaiyyətinə çatdırmaq istiqamətində platforma, tribuna kimi qiymətləndirir və həm Avropa Şurasının rəhbərliyindən, həm də üzv dövlətlərdən Azərbaycana qarşı adekvat münasibət gözləyir:

«Nə qədər məyusedici olsa da, bildirməliyəm ki, bir sıra hallarda Avropa Şurası da daxil olmaqla bəzi nüfuzlu beynəlxalq qurumlar ayrı-ayrı qüvvələrin üzv ölkələrə təsir və təzyiq mexanizmi funksiyasını yerinə yetirirlər. Qondarma «siyasi məhbus» məsələsinin süni şəkildə qabardılması, əsassız, qeyri-obyektiv iddialarla Azərbaycanı ləkələmək cəhdləri həm Avropa Şurası çərçivəsində əməkdaşlıq mühitinə zərbə vurur, onu öz missiyasının icrasından yayındırır, həm də bu təşkilata olan etimadı sarsıdır. Hesab edirəm ki, Avropa Şurasının Baş katibi Thorbjørn Jagland-ın məqaləsində əks olunmuş bəzi iddialar müəyyən anti-Azərbaycan qüvvələrin təsirinin nəticəsidir və heç bir əsası olmayan subyektiv mülahizələrdən başqa bir şey deyildir. Xatırlatmaq istərdim ki, nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmamışdır. Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun aliliyini əsas götürürlər. Buna görə də, müəyyən maraqlara hesablanmış bəyanatlar, açıqlamalar, müsahibələr, habelə müxtəlif təsir və təzyiq metodları ilk növbədə hüququn aliliyinə hörmətsizlik kimi qiymətləndirilə bilər».

BÖYÜK BRİTANİYANIN ETİMADI NİYƏ AZALIB

Prezident Administrasiyasının şöbə müdiri düşünür ki, hər hansısa bir ölkənin İnsan Haqları üzrə Avropa Məhkəməsindən çıxmaq təşəbbüsünün qarşısını almaq üçün bu prosesə heç bir aidiyyəti olmayan digər bir ölkəyə hücum təşkil etmək cəhdini sağlam məntiqlə izah etmək mümkün deyil:

«Cənab Jagland-a məsləhət görərdik ki, Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsindən çıxmaq istəməsi problemini ya Avropa Məhkəməsində, ya da Böyük Britaniyanın özündə axtarsın. Görünür, kənar qüvvələrin təzyiqi altında ayrı-ayrı üzvlərə təşkil olunan əsassız hücumlar, bütün çərçivələri aşan ikili standartlar, qərəzli iddialar Böyük Britaniya kimi demokratik ənənəyə malik bir ölkənin də Avropa Şurasına və Avropa Məhkəməsinə etimadını azaltmışdır ki, o, belə radikal addım atmaq niyyətini ortaya qoyub».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG