Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:55

Erməni general evində azərbaycanlı əsir saxlayırmış


Manvel Grigorian - soldan 1-ci.
Manvel Grigorian - soldan 1-ci.

-

Istefada olan general, Qarabağ müharibəsi iştirakçısı Manvel Grigorian Azadlıq Radiosunun Erməni xidmətinə deyib ki, müharibədən sonra evində azərbaycanlı əsir saxlayırmış. Onun bu etirafı Ermənistanda insan haqları müdafiəçilərinin narazılığını doğurub. Onların fikrincə, general əsirlər haqda Cenevrə konvensiyasını pozub.

Manvel Grigorian 2000-2008-ci illərdə Ermənistanın müdafiə nazirinin müavini olub.

Manvel Grigorian müsahibədə demişdi ki, müharibədən Ermənistana yüzlərlə əsirlə qaydıb. “Simon adlı əsiri evdə saxlayırdım. 4 il saxlamışam: 2 il Mardakertdə, 2 il Ermənistanda. Sonra Qırmızı Xaça verdim. Onu apardılar və təhvil verdilər. Çünki onun anası, bacısı, nişanlısı vardı. O qayıtmağı çox istəyirdi. Mən də buraxdım. “

Müxbir deyəndə ki, Simonun 15-16 yaşı vardı, Manvel Grigorian razılaşmayıb: “O, Xüsusi təyinatlı idi. Təlim keçmiş döyüşçü idi. Düzdür, 15 yaşı vardı, ancaq xüsusi təlim keçmiş dəstələrdən idi. Onu çətinliklə əsir götürmüşdülər”.

Müxbir soruşub ki, Simon adını ona generalın özümü verib? Və niyə məhz Simon? Grigorian deyib ki, “Bəli, Simonian Simon. Bəs kim verməli idi? Ona Alievian Aliev adını verə bilməzdim ki!?.”.

Cenevrə konvensiyasına görə, vuruşan tərəflər əsirlər məsləsini nəzarətdə saxlamalıdır. Şəxsi adamlar əsirləri evlərində və ya başqa belə yerlərdə saxlaya bilməzlər.

Ermənistan Cenevrə konvensiyasına 1992-ci ildə qoşulub.

İnsan haqları müdafiəçisi Larisa Allahverdian deyir ki, heç kimin əsiri evində saxlamağa haqqı yoxdur.

Əgər o, əsiri Eçmiədzindəki evində 2 il saxlayıbsa, onda o, beynəlxalq hüququ, Cenevrə konvensiyasını pozub.

Qarabağ müharibəsi dövründə əsirlərin dəyişdirilməsi ilə məşğul olan Allahverdiyanın sözlərinə görə, o vaxtlar Azərbaycan və Erməni tərəfi əsirləri saxlayırdılar ki, əks tərəfdə əsirlikdə olan qohumları ilə dəyişsinlər.

Allahverdianın sözlərinə görə, müharibə qurtaranda o və başqa hüquq müdafiəçiləri o vaxtki prezident Ter-Petrosiana müraciət etdilər ki, əsirlərin geri qaytarılması məsələsini dövlət nəzarətinə götürsün. Ter-Petrosianın əmri ilə bu, belə də oldu.

Grigorianın evdə əsiri 2 il saxlamasının hüquqi nəticələri olacaqmı? Baş prokurorluq və Xüsusi İstintaq İdarəsi bildirir ki, bu məsələyə baxılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG