Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:51

Sierra-Leonedə «Ebola»dan 5-ci həkim öldü


Rusiyada klinik xəstəxanada təklif olunur ki, tibb bacısı belə qorunmalıdır
Rusiyada klinik xəstəxanada təklif olunur ki, tibb bacısı belə qorunmalıdır

-

Syerra Leonedə daha bir həkim Ebola xəstəliyindən vəfat edib. Bu, ölkədə Eboladan ölən 5-ci həkimdir. Godffrey George Kabia Hökumət xəstəxanasının baş həkimi idi.

Ölkənin baş tibbi icra rəhbəri Brima Kargbo deyib ki, George Ebola xəstələrini heç vaxt müalicə etməyib. Virus ona, ola bilsin ki, başqa xəstəni müalicə edəndə keçib.

Ebolanın ən çox zərər vurduğu ölkələrdən biri Syerra Leonedir. Burda 120 həkim və tibb işçisi Ebolaya yoluxub və onlardan 100-ü ölüb.

8 ölkədə Eboladan indiyə kimi 4951 adam ölüb, 13567 adam bu xəstəliyə yoluxub.

XS
SM
MD
LG