Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:29

Qar Xınalıq yolunu iflic etdi…


Xınalıq yolu
Xınalıq yolu

-

- Deyəsən qayıtmalı olacam, burdan o tərəfə yol gediləsi deyil...

- Bura qədər çətinliyim yox idi, bundan o tərəfi getdikcə çətinləşir. Hələ ki, gedirəm… Yolun gerisi necə olacaq, gedərik, görərik…

Noyabrın 2-dən 3-nə keçən gecə Quba-Xınalıq yoluna yağan qar sürücülərin işini çətinləşdirib. Böyük Qafqaz sıra dağları ətəyindən sıldırım qayalıq ərazilərinə keçən yolun 30-cu kilometrliyindən kənd istiqamətinə qədəri tamamilə bağlanmışdı. İndi yolun açılması üçün əraziyə 6 saylı Quba Yol İstismar İdarəsinin ağır texnikaları cəlb olunub.

XINALIQ YOLUNUN BİR HİSSƏSİ QUMLANIR

İdarənin rəisi Bilal Sultanov:

«Quba-Xınalıq yolu iflic vəziyyətə düşüb, nəqliyyatın hərəkəti məhdudlaşıb. Hazırda asfalt örtüyünün üstündə qarın qalınlığı 30 santimetrə çatıb. Bütün texnikalarımızı Quba istiqamətində yolun təmizlənməsinə cəlb etmişik. Çalışırıq ki, axşam saatlarınadək nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin edək».

Xınalıq yolunda ilişib qalan sürücü
Xınalıq yolunda ilişib qalan sürücü

İdarə rəisinin sözlərinə görə, yolun 47-57-ci kilometrindəki qar traktorla təmizlənib və hazırda yolun qumlanması işləri aparılır.

QAR NOYABRIN 5-DƏK DAVAM EDƏCƏK

Quba regional hidrometeriologiya mərkəzinin direktor müavini Aliyə Ələkbərovanın deməsinə görə, qar noyabrın 5-dək davam edəcək:

«Xınalıq, Bostankeç ərazilərində qarın hündürlüyü 40-45 santimetrə çatıb, havanın temperaturu -9 dərəcədir. Ləzə və Altıağacda qar 20-28 santimetr, havanın temperaturu – 4-7 dərəcə, Rustov, Təngəaltı, Kuzunda qarın hündürlüyü 10-19 sm, hava temperaturu – 4-5 dərəcədir. Qar noyabrın 5-dək davam edəcək».

Xaçmaz, Nabran, Şabrana isə yağış yağır. Bu ərazilərdə hələlik qar gözlənilmir.

XS
SM
MD
LG