Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:23

Azərbaycan Rifah İndeksində 79-cudur


Londonda qəralaşan Legatum institutu ənənəvi illik rifah indeksini hazırlayıb. 2014 Rifah İndeksində Azərbaycan 142 ölkə arasında 79-cu yeri tutub.

Hər bir ölkə üzrə rifah indeksi 8 sahə üzrə vəziyyətə qiymət əsasında müəyyən olunur. Bunlar iqtisadiyyat, səhiyyə, təhsil, biznes və buna şərait, idarəçilik, şəxsi azadlıq, təhlükəsizlik , sosial kapitaldır.

Azərbaycan iqtisadiyyatına görə dünyada 65-ci, biznes və buna şəraitə görə 67-ci, idarəçilikdə 105-ci, təhsildə 83-cü, səhiyyədə 89-cu, təhlükəsizlikdə 75-ci, şəxsi azadlıqda 102-ci, Sosial kapitalda, durumda 77-cidir.

Rifah İndeksində dünya üzrə birinci yerdə isə Norveçdir. Sonrakı yerlərdə İsveçrə, Yeni Zelandiya, Danimarka, Kanada, İsveç, Avstraliya, Finlyandiya, Niderland və ABŞ gəlir.

Azərbaycanın qonşularından Rifah İndeksində Rusiya 68-ci, Gürcüstan 80-ci, Ermənistan 95-ci, İran 107-ci yerdədir.

XS
SM
MD
LG